Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


24.04.2025  15:57 

Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı





A+  A-

Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bəyanat yayıb.

XəzərNews.az xəbər verir ki, Partiya Ali Məclisinin aprelin 19-da keçirilmiş iclasında 17 may 2025-ci ildə Ədalət Partiyasının növbəti IX Qurultayının keçirilməsi haqqında qərar qəbul edilib və Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb:

"Ali Məclis sədri və müavinlərinin məlumatları olmasına baxmayaraq, iclasa planlı şəkildə gəlməmiş, bununla da iclası pozmağa çalışmışlar. Bu alınmadıqda isə qərara veto qoyulması barədə bəyanat yaymışlar. Bəyanatda göstərilənlərdən heç biri əsas vermir ki, Ali Məclisin qərarına veto qoyulsun.

Birincisi, Siyasi Şura üzvlərinin Ali Məclisin iclasında iştirakı vacib deyil, çünki Siyasi Şura üzvləri Ali Məclisin üzvləri deyil və yalnız dəvət edildikləri halda iclasa qatıla bilərlər.
İkincisi, Ali Məclis sədri, onun müavinləri bilərəkdən iclasa gəlməmiş, sağlam rəqabət aparmaq əvəzinə partiyanın ofisinin kilidini dəyişərək, iclasın baş tutmasına əngəl olmağa çalışmışlar. Onlar iclasda iştirak etmədiyi halda partiya Nizamnaməsinə əsasən iclas səlahiyyətli hesab olunur və buna görə, onun qərarlarına veto qoyula bilməz.

Ali Məclisin 19 aprel 2025-ci ildə keçirilən iclasında Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradaılıb və bununla da Ali Məclisin səlahiyyətlərinə son verilmiş, onun sədrinin də səlahiyyət müddəti bitib.

Beləliklə, 19 aprel 2025-ci il tarixdən etibarən Meydan Babayev Ədalət Partiyasının sədrinin səlahiyyətlərini icra etmir. Bütün səlahiyyətlər Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə və onun sədrinə keçmişdir.

Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bəyan edir ki, növbəti IX Qurultay 17 may 2025-ci ildə keçiriləcək və bu məqsədlə bütün rayon təşkilatlarını Qurultayda fəal iştirak etməyə çağırır".

Xəbər 117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +