İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


25.10.2019  15:59 

Azərbaycan üçün canından keçən Ruslan Polovinkanın ailəsini 22 il yada salan olmayıb





A+  A-

"Müdafiə Nazirliyinin saytında yerləşdirilən bir xəbərdə nazir Zakir Həsənovun əmrilə Azərbaycanın Ukraynadakı hərbi ataşesi İlqar Atayev və köməkçisi Emil Abdullayevin Xarkov vilayəti Zmiyov şəhərində yaşayan Milli Qəhrəmanımız Ruslan Polovinkanın ailəsinə baş çəkdikləri bildirilir. Həmin xəbərdə həmçinin Ruslan Polovinka haqqında dövlət sifarişilə sənədli film çəkilişlərinin də getdiyi göstərilir. Bununla bağlı məsələnin tarixçəsini xatırlatmaq istərdim".
XəzərNews.az "Multikultural Azərbaycan"a istinadən xəbər verir ki, bu bardə açıqlama ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov çıxış edib.

H.Cavavadov açıqlamasında maraqlı məqama diqqət çəkib: "Ruslan Polovinka qəhrəmancasına həlak olandan sonra tam 22 il ərzində onun ailəsini ölkəmizdə yada salan olmayıb. Nəhayət, 2014-cü ilin yayında Vesti.Az saytının baş redaktor müavini Zaur Nurməmmədov ilə dostu Rəhman Əliyev Milli Qəhramanınımızın ailəsini tapıb onlarla görüşdülər. Bundan sonra Z.Nurməmmədov uzun illərdir nə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyindən, nə Müdafiə Nazirliyindən, nə də Ukraynadakı səfirliyimizdən gözdən uzaq bir diyarda, Zmiyov şəhərində ölkəmiz üçün canından keçən Ruslan Polovinkanın uyuduğunu yada salanın tapıldığı barədə kəskin məzmunlu yazı dərc etdirdi. Və yalnız bu yazı işıq üzü gördükdən sonra bu biganəliyə və unutqanlığa son qoyuldu. Təssüf ki, Milli Qəhrəmanımızın adını, xatirəsini gündəmə qaytaran Zaur Nurməmmədovla Rəhman Əliyevin bu əməyi də məmurlar tərəfindən layiqincə qiymətləndirilmədi. Ona görə də Zaurla Rəhmanın milli qeyrət hissilə əslində həmin o laqeyd məmurların vəzifə borcu olan bu işi öz üzərlərinə götürdüyünün ictimaiyyətə açıqlanmasını istərdim. Məhz onların əməyi sayəsində Ukrayna azərbaycanlıları ukraynalı Ruslan Polovinkanın o vaxt Azərbaycan üçün döyüşə atılaraq igid kimi şəhid olduğundan xəbər tutublar. Onlara sənmimi qəlbdən təşəkkür edirəm!"

Xəbər 1461 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +