İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


06.02.2018  16:23 

2018-ci ildə keçiriləcək imtahanların vaxtı ELAN EDİLDİ





A+  A-

DİM tərəfindən 2018-ci ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər təbrilərin tarixləri müəyyən olunub.
XəzərNews.az xəbər verir ki, DİM-in açıqladığı məlumata görə, məlum olduğu kimi, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaqdır.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcəkdir.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.

Xəbər 1239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +