İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


01.12.2017  18:11 

Şəxsiyyət vəsiqəsinin itirilməsinə görə rüsumlar - 3 dəfə artırıldı





A+  A-

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum artırılır. Belə ki, sənəd 10 iş günü müddətində verildikdə 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə 35 manatdan 45 manata artırılır.

Həmçinin, Azərbaycan vətəndaşlarına xaricə getmək hüquq verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən edilib.

Belə ki, dəyişikliyə əsasən, sənəd 10 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 20 manat (hazırda 10 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 30 manat (20 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 40 manat (hazırda 30 manat), 18 yaşına çatmış vətəndaşlara 50 manat (hazırda 40 manat),

5 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 30 manat (hazırda 20 manat), 1 yaşdan 3 yaşadək uşaqlar üçün 50 manat (40 manat), 3 yaşdan 18 yaşadək uşaqlar üçün 70 manat (60 manat), 18 yaşına çatmış vətəndaşlara 90 manat (80 manat),

1 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 50 manat (hazırda 40 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 90 manat (80 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 130 manat (hazırda 120 manat), 18 yaşına çatmış vətəndaşlara 170 manat (hazırda 160 manat) ödəniləcək.

Qeyd edək ki, hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqələri itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən edilmiş hallarda dəyişdirilməsi nəzərə tutulan hallarda) tutulur.

Xəbər 1861 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +