İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


06.04.2017  09:23 

Atletlərimiz dünya birinciliyindəki çıxışlarına start verdilər





A+  A-

Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyinə start verilib. Yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparır.
XəzərNews.az xəbər verir ki, artıq iki atletimiz körpücük üzərinə çıxıb. 56 kq çəki dərəcəsinin B qrupunda Elməddin Hüseynov və İsmayıl Məmmədov yarışıb.

İsmayıl Məmmədov birdən qaldırma hərəkətində 94 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə 3-cü oldu. Təkanla qaldırma hərəkətinə atletimiz 115 kq-ı ram etdi və bu hərəkətdə 11-ci yeri tutdu. Toplam 209 kq (94+115) nəticə göstərən Məmmədov B qrupunda 6-cı olub.

Elməddin Hüseynov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurlar yerinə yetirərək 94 kq-ı ram etdi və bu hərəkətdə 6-cı yeri tutdu. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış etdi. O, bu hərəkətdə 125 kq-ı qaldıraraq bütün rəqiblərini üstələdi. Toplam 219 kq (94+125) nəticə göstərən Hüseynov B qrupunda ümumi sıralamada da 1-ci yeri tutdu.
Vurğulamaq lazımdır ki, atletlərimizin hər ikisi ötən il Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində çıxış etmişdilər. Həmin yarışda nümayiş etdirdikləri nəticələrlə Tailanda qeyd alınan nəticələrə müsbətə doğru dəyişiklikləri göstərir. Belə ki, İsmayıl Məmmədov Polşadakı toplam 174 kq (81+93) nəticəsini 35 kq, Elməddin Hüseynov isə 194 kq (84+110) nəticəsini 25 kq yaxşılaşdırıb.

Yekunda İsmayıl Məmmədov 56 kq çəki dərəcəsinin ümumi sıralamasında 16-cı, Elməddin Hüseynov isə 8-ci yeri tutdu.

Xəbər 2166 dəfə oxunub.



22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +