İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


05.04.2017  10:03 

Azərbaycanlı və türkiyəli fəhlələr arasında kütləvi DAVA





A+  A-

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi ilə Sumqayıtda tikilən Karbamid zavodunun inşaatçıları arasında əlbəyaxa dava düşüb.
Məlumata görə, dava-dalaş tikintidə çalışan türkiyəli və azərbaycanlı işçilər arasında baş verib. Olaya səbəb türklərin azərbaycanlıları aşağılaması, onları ələ salması olub.

Belə ki, inşaat işlərində azərbaycanlılardan daha yüksək maaş alan türkiyəli işçilərin “siz heç nə bilmirsiniz, bacarıqsız və savadsızsınız, ona görə də sizdən yaxşı maaş alırıq” demələri azərbaycanlıların etirazına səbəb olub. Daha sonra etiraz əlbəyaxa davaya çevirilib. Olayda hər iki tərəfdən xeyli adamın iştirak etdiyi bildirilir.

Hadisə barədə SOCAR rəhbərliyi məlumatlandırılandan sonra dava-dalaş salan türkiyəli fəhlələr inşaat işlərindən kənarlaşdırılıb. Bununla da kifayətlənməyərək, türkiyəli fəhlələri Azərbaycandan deportasiya ediblər.

Saytımıza verilən məlumata görə, inşaat ərazisini tərk edən türkiyəli fəhlələr gedərkən divara azərbaycanlılara ünvanladıqları pis söyüşlər yazıblar. Ancaq söyüşü kimin yazdığı məlum olmadığından heç kimi cəzalandıra bilməyiblər.

XəzərNews.az bildirir ki, Modern.az saytı olaya aydınlıq gətirlməsi üçün SOCAR-la əlaqə saxlayıb. SOCAR-ın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, doğrudan da Karbamid zavodunun inşaat işləri tərəfdaş şirkətlərin işçiləri tərəfindən həyata keçirilir. Ancaq bu günlər orada hansısa insidentin olduğunu təsdiqləməyiblər.

“Karbamid zavodunda insidentin yaşanması ilə bağlı yayılan məlumatlar yanlışdır. Zavodun tikinti işləri davam etməkdədir. Tikinti işlərində çalışan işçilər arasında belə bir qarşıdurma və ya insidentin olmasına heç bir halda yol verilmir”,-deyə SOCAR-dan bildirlib.

Xəbər 1726 dəfə oxunub.



22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +