Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


13.02.2025  19:55 

Samir Həziyevə yüksək vəzifə verildi





A+  A-

Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.

XəzərNews.az xəbər verir ki, ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub.

Samir Həziyev 1982-ci ildə anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Yük daşımaları departamentinin rəisi Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.

Xəbər 224 dəfə oxunub.



13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +