İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


09.11.2018  11:27 

Çaylarda suyun səviyyəsi dəyişib





A+  A-

Çaylarda suyun səviyyəsi dəyişib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-150 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, noyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 49 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 12 sm azalma qeydə alınıb, lakin Surrada 4, Salyanda isə suyun səviyyəsində 2 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2017-ci il noyabrın 08-də 316 sm), Şirvanda 187 sm (2017-ci il noyabrın 08-də 171 sm), Salyanda 137 sm (2017-ci il noyabrın 08-də 155 sm), Bankədə 175 sm (2017-ci il noyabrın 08-də 174 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2017-ci il noyabrın 08-də 37 sm) təşkil edir.

Xəbər 1505 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +