Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


18.05.2023  10:57 

Xəstə övladı üçün yığdığı 10 min əməliyyat xərcini uduzdu - Video





A+  A-

31 yaşlı Gəncə sakini Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini onlayn oyunda uduzub.

XəzərNews.az xəbər verir ki, o bu barədə “Xəzər xəbər”ə danışıb:

“Birinci dəfə beş oyun təqdim etdilər. Ondan 12 manat 70 qəpik qazandım. Sonda isə səkkiz oyun təqdim etdilər. Bu səkkiz oyuna da 5 000 manat pul qoyduq. 15 000 manat qazandım. 12 manat 70 qəpik köçürüldü, amma 15 000 manat köçürülmədi. Pulumuz getdi. Bu pul da uşağın əməliyyat pulu idi”.

Ş. Əhmədovanın 10 000 manatı geri almaq üçün cəhdləri boşa çıxıb.

DİN Mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, vətəndaşın müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır:

“Hazırda pulun ölkə daxilində və ya ölkə xaricində olan şəxslər tərəfindən köçürülməsi ilə bağlı müvafiq sorğular göndərilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.



Xəbər 983 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +