Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


30.04.2025  13:02 

Yol polisindən Allaha şikayət edən kimdir?





A+  A-

…Yollarımızdakı cansıxısı və bezdirici tıxacları həll etmək əvəzinə, məcburən xətti tapdayan, yaxud saatlarla yollarda əzab çəkərək alternativ yol axtaran sürücülərə cərimə yazmaqla vəzifəsini bitmiş sayan yol polisindən şikayətlər səngimir.

XəzərNews.az xəbər verir ki, Təzadlar-a daxil olan daha bir şikayət məktubunun müəllifi də jurnalistdir. Onun şikayətində düşündürücü məqamlar yetərincədir. Beləliklə, jurnalist Rövşən Əsədov şikayətnaməsində yazır:

“…Bir neçə aydır yaşadığımız problem artıq bizi boğaza yığıb. Ölkənin ən böyük güc strukturu Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər DYPİ bir “Q” hərfinin əlində aciz duruma qalıb. Artıq sayını-hesabını da itirmişik bizə səhvən gələn cərimələrin. Rəsmi və qeyri-rəsmi qaydada da çoxsaylı müraciətlərimiz olmasına baxmayaraq bir tədbir qılan yoxdur. Hər gün başqa nəqliyyat vasitəsinin cəriməsi səhvən atama məxsus nəqliyyat vasitəsinə gəlir. “Asan Pay” üzərindən ünvanlanan şikayətlərə baxılmır. Elektron müraciətlərə baxılmır və bizi BDYPİ, DYP və s. DYP sonluğu ilə bitən çoxsaylı qurumlara çağırırlar. Deməli, hər gün səhvən mənə cərimə gələcək, müraciətlərimə baxılmayacaq, mən də işimi- gücümü atıb DYP adlı idarələrin qapısında boynumu büküb qanunsuz yazılan cərimələri sildirəcəyəm? Yəni, ölkənin onurğa sütunu sayılan qurum bir “Q” hərfini sistemə daxil edə bilmir?

Nəyə görə 77-DQ-752 dövlət nömrə nişanlı “Ford transit” markalı avtomobilin saysız-hesabsız cərimələri atama məxsus 77-DO-752 dövlət nömrə nişanlı “Hyundai Santa-Fe” markalı avtomobilə gəlməlidir? Bu azmış kimi… Diqqət edin: 14 fevral tarixində Yasamal rayonu Cəfər Cabbarlı küçəsində, (“Nizami” metrosunun yaxınlığı – “Kapital Bank”ın qarşısı) saat 08:32:11-də 90-ZR-818 dövlət nömrə nişanlı “Nissan Tiida” markalı avtomobil sağ zolaqdan dönmə işığını yandırmadan sol zolağa-mənim hərəkətdə olduğum zolağa qəfil dönmə etdi. Məni yol kənarına sıxışdırdı, çox şükür ki, ağır qəzadan son anda yüngül xəsarətlə qurtuldum və idarə etdiyim “Hyundai Accent” markalı, 77-XK-120 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı ağaca çırpıldı.

Anlayıram, yuxarıda qeyd etdiyim kimi, 90-ZR-818 dövlət nişanlı avtomobil ayıq-sayıqlığım nəticəsində mənə toxunmadı, amma hadisə qaçılmaz oldu və bu, yol-nəqliyyat hadisəsi kimi qeydiyyata alınmadı, mənə dəyən ziyan qarşılanmadı. Amma bu qəzaya səbəb olan şəxsin əməlini görməzdən gəlməyə haqq vermir. Çünki o qəza şəraiti yaratmışdır, bu da qanunvericilikdə sanksiyalaşdırılıb. Ardınca Bakı Şəhər DYP-yə dəvət olundum. Bütün günü bəh-bəhlə reklam edilən Təhlükəsiz Şəhər (TŞ) kameralarının keyfiyyətsiz görüntüsünü qarşıma çıxartdılar. Oradan nəinki hadisəni, heç hadisənin kölgəsini belə ayırd etmək mümkün olmadı. Buna rəğmən 404-cü otaqda xidmət aparan mayor deyir ki, sən manevr qaydasını pozmusan və barəndə protokol tərtib olunacaq. Bu keyfiyyətsiz görüntüdən yoldaş mayor mənim manevr qaydalarını pozduğum qənaətinə necə gəldi? Bəyəm dövlət məmuruna kim bu qədər geniş səlahiyyət verib ki, intuisiya ilə qərar qəbul edib protokol tərtib etsin? İstənilən halda tərtib olunan protokolu məhkəməyə verib mübahisələndirəcəyəm, gəlsin o mayor sübutunu qoysun ortaya ki, manevr qaydasını pozmusan. Əgər ortaya qoymağa sübutu, görüntüsü varsa, o zaman həqiqət də ortaya çıxacaq.



Həm peşəkarlıqla yol-nəqliyyat hadisəsindən yayın, həm avtomobilinə maddi ziyan dəysin zərərçəkən tərəf ol, həm də haqlı ikən haqsız durumuna düş, barəndə də protokol tərtib olunsun… Əgər yoldaş mayorun dediyi kimi, qaydanı kobud şəkildə pozub hadisə yerindən qaçan “Nissan Tiida” markalı avtomobilin sürücüsü doğrudan da günahsızdırsa, sürət həddini düzgün seçməmişəmsə, manevr qaydalarını mən pozmuşamsa, o zaman sabahdan Bakı küçələrində bütün nəqliyyat vasitələrini karıxdırıb qəzaya sürükləsəm mən də günahsız olacağammı?

Artıq çarəm tükənib, sizdən Allaha yazacağam…

Demək olar ki, hər gün yolum N.Nərimanov prospektindən keçir. Əvvəllər N.Nərimanovun heykəli olan dairəyə daxil olanda yerdə xətlənmə və işıqfor yox idi, sürücülər öz aralarında mədəni şəkildə anlaşırdılar. Sonra işıqfor qoyuldu, yer xətləndi, amma sözügedən ərazi bazara döndü. İndi daha çox adam qayda pozur, həm də elə yol patrul xidmətinin gözü qarşısında, saymazyana…

Bilmirəm bu hansı “mütəxəssis”in ideyası idi, amma bu ideyanın müəllifi məncə qaydaları nizamlamağı yox, yem yeri yaratmağı hədəfləyib.

Görüntülərə diqqətlə baxın, 99-YP-330 avtomobili yolun üstündə dayanıb, avtomobillər, ələlxüsus da “BakuBus” avtobusları onları heçə sayaraq öz bildikləri kimi dairəyə daxil olurlar. Ərazidə kamera da var, üstündə bonus olaraq polis də, amma nəticə dəyişmir, yenə yol cəngəlliyə dönüb. Bəlkə də büdcədə nələrsə dəyişir, amma yolda heç bir nizam-intizam yaranmır.

Yaxşı, elə bilirsiniz tək YP-330-dur təkcə belə biveclik edib ölkənin qanunlarına hörmətsizlik edən? Xeyr, biri eə PPX avtomobilidir. 77-PE-862 DQN avtomobil də heç bir səs siqnalından və sayrışan işıqdan istifadə etmədən YPX avtomobillərinin yanından düz xətti tapdalayıb 3 saniyyəyə 3 qayda pozuntusu edir.

Bunlara nəzarət varmı? Tam əminliklə deyə bilərəm ki, xeyr! Niyə xeyir və nəyə əsaslanıram? Araşdırma etsək görərik ki, 2024-cü ildə 118 fakt üzrə 152 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb. Onlardan 17-si xidmətdən xaricedilmə, 13-ü vəzifədən azadedilmə, 6-sı xüsusi rütbədən bir pillə aşağısalınma ilə cəzalandırılıb. 2025-ci ilin rəqəmləri isə hələ ki açıqlanmayıb.



Əgər mən 3 dəqiqə ərzində iki polis avtomobilinin qaydaları çiynədiyini aşkar edə bilirəmsə, bunu saata, günə, həftəyə, aya və ilə vuranda bu rəqəmlərin formal olduğu qənaətinə tam rahat şəkildə gələ bilərəm.

Keçək digər fakta…

Əzəmətli qurumun “Q” hərfindən danışaq. Bir dəfə də yazmışdım bu barədə. Deməli “Q” seriyalı bir avtomobilin cəriməsi durmadan bizə gəlir. Nazirliyin bütün əməkdaşları səfərbər oldular, amma nəticə dəyişmədi. Hər gün cərimə sildirirəm. Rəsmi qaydada müraciət edirsən baxılmır, dost-tanış da bir gün, iki gün, üç gün silir, sonra mesaj yazırsan günlərlə baxmır. Haradasa baxmamağını da başa düşürəm, atama borcu yoxdur, amma dövlətə və vətəndaşa xidmət etmək hər bir mundir geyinən, çiynində paqon daşıyan şəxsin borcudur.

Əvvəl qeyri-rəsmi formada mənə deyildi ki, üç ay sonra ölkəyə yeni cihazlar gətiriləcək və problem birdəfəlik həll olunacaq. Sonra rəsmi səviyyədə o məlumatı dandılar ki, elə şey yoxdur, ölkəyə cihaz-zad gətirilməyəcək. Demək ki, ölkənin hüquq-mühafizə orqanı bir hərifin qarşısında aciz qalıb, özü də “Q” hərfinin…

Bununla da bitmir...

18.04.2025-ci il tarixndə, saat 20:34-də Sumqayıt şəhəri N.Nərimanov küçəsi ilə kəsişmədə dairəyə daxil olarkən polisin iddialarına görə sürət həddini aşmışam və dairədəki avtomobilə yol verməmişəm. Hətta həmin avtomobil də mənimlə toqquşmadan yayınmaq üçün maşını saxlayıb. Məndə bunun tam əksini göstərən videoqeydiyyatçının görüntüləri var. Məsələnin maraqlı tərəfi odur ki, Sumqayıtda xidmət aparan Qubadlının yol patrul xidmətinin inspektoru sürət həddini aşdığımı iddia etsə də bunu sübut edə bilmir. Əvəzində qərarsız protokol yazır ki, aydınlaşdırarsınız. Qaydalara görə 10 günə şikayət etməsəm protokol qərarlı elan olunur. Lakin 5 gün sonra, şikayət etməyimə rəğmən, məndən xəbərsiz-ətərsiz mənə görüntülər göstərilmədən, qayda pozduğum mənə sübut edilmədən protokol qərarlı elan olunur. 102-yə şikayət etmişəm, nəticəsinin olacağına ümid etmirəm doğrusu, çünki etimadımı itirmişəm…

Bir müddət bundan öncə Bakı şəhər Yol Polisi İdarəsinin (səhv etmirəmsə) 404-cü otağında (axtarış şöbəsi) bir polis mayoru da mənim manevr qaydalarını pozduğumu iddia etdi. Status yazıb, şikayət edib haqqımı tələb edəndən sonra haqlı olduğum qənaətinə gəlindi və digər sürücüyə protokol tərtib edildi. Bəs həmin polis mayoruna gözünün üstündə qaşın var deyən oldu? Məncə yox…

Yaxşı, biz dərdimizi kimə deyək? Allahamı?

Elçin Məmmədli
Təzadlar


Xəbər 852 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +