Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var
Kamala Harris Donald Trampı kəskin tənqid edib
Azərbaycanda yeni medal təsis edildi
Deputatlar Kamran Əliyevin namizədliyini təsdiqlədi
Məktəbli qızların davası... - Araşdırma başladı
Naziri müavini idi, şöbə müdiri oldu
Bəzi ölkələrdən quş əti gətirilməsinə məhdudiyyət qoyulub


30.04.2025  16:41 

“İzmir“ klinikasında pasiyenti bu hala saldılar - FOTO





A+  A-

Bakıda İzmir klinikasında estetik əməliyyat etdirən qadın ağır xəstəliyə düçar olub.

XəzərNews.az xəbər verir ki, xalq.az-a müraciət edən Bakı sakini Bakdəmirova Nərgiz sosial şəbəkədə estetik prosedurlarla bağlı reklam görərək Nərimanov rayonu, İ.Həsənoğlu 120 ünvanında yerləşən “İzmir klinikası” na müraciət edib. İzmir klinikasında estetik həkim kimi özünü təqdim edən Sadiq Durmuşov 500 manat məbləğində şikayətçini üzgərmə proseduru edib.

Prosedurdan sonra Nərgiz Bakıdəmirova üzündə şiddətli agrılar və şişkinlik olması ilə bağlı Sadiq “doktora” yenidən müraciət edib, Sadiq Durmuşovun ona müəyyən dərmanları qəbul olumasını və agrılar və şişkinlik bir müddət sonra kecəcyini bildirib. Daha sonra “doktor” Sadiqlə və asistenti Minayə adlı xanıla davamlı əlaqə saxlasamda telefon zənglərimə cavab vermədilər.

Şikayətçi qeyd edir ki, bu günədək üzümdəki yaranan qüsürlar və ödəm olduğu kimi qalıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduqdan sonra Sadiq Durmuşov şikayətçiyə ödədiyi 500 manatı qaytarıb və əlavə 200 manat pul verib ki, şikayət etməsin.Lakin bu günədək Bakdəmirova Nərgiz bildirir ki, üzümdə olan qüsürlar keçməyib və digər həkimlərin bildirdiyinə görə, üzdə sinirə toxunulduğundan qüsürlar yaranıb. Sadiq Durmuşovun apardığı estetik əməliyyatdan sonra məndə ağır fəsadlar qalıb və bu fəsadların düzəlməsi mümkün deyil deyə şikayətçi bildirib. Bununla bağlı tibbi ekspertizasının rəyində qeyd olunub ki, üzün sol tərəfində ödəm, aseptik iltihab qeyd olunur.

Məsələ ilə bağlı İzmir klinikası ilə əlaqə yaratdıq, klinikadan bildirilib ki,belə pasiyentimiz olmayıb və Sadiq Durmuşov adlı şəxs bizdə işləməyib.

Sayt şikayətlə bağlı Sadiq Durmuşovla əlaqə saxlasa da, o açıqlama vemək istəmədiyini bildirərək telefonunu qapadın.

Xalq.az araşdırma apararkən məlum olub ki, Sadiq Durmuşov Nərimanov rayonu, İ.Həsənoğlu 120 ünvanında yerləşən “İzmir klinikası rəhbəridir və hüquq-mühafizə orqanlarına verdiyi izahatında özü bunu təsdiq edib.

Qeyd edək ki, Sadiq Durmuşovun Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan estetik prosedur həyata keçirib.

Bəs görəsən İzmir klinikasında həkim olmayan rəhbər necə estetik prosedur həyata keçirir. Bu məsələ isə hüquq-mühafizə orqanlarının işidir.

Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.





Xəbər 352 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +