Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO
Sabiq general-mayor yenidən vəzifədə
Prezident fərman imzaladı
Jurnalist saxlanıldı -Buna görə
Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”


06.02.2022  16:58 

Cavanşir Feyziyev - ay oğru, ay cibgir, ay fırıldaqçı!





A+  A-

Həya hissi hər kəsdə olmaz! Bu, qadınlarda namusa və ismətə, kişilərdə isə şərəf və qürura bağlı keyfiyyətdir. Yəni, qadının həya dərəcəsi ilk baxışdaca onun iffəti və namusu haqda təəssürat yaratdığı kimi, bir kişinin abır-həyanı gözləyən davranışları da, yaxından tanımasan belə, kənardan onun xarakteri, şərəfi və qüruru haqda təsəvvür formalaşdırar.

Özü də bu, mənim yox, dünyanın ən ağıllı, müdrik başlarının, hətta alimlərinin gəldiyi qənaətdir. Məsələn, qədim yunan filosofu Diogen həyanı “İnsan dəyərlərinin tamamlayıcısı” sayar, ingilis alim Tomas Yunq “Həyalı insan əclaf olmaz” deyər, alman Şiller “İnsanın günahları artdıqca, həyası azalar” tezisini irəli sürər, ingilis yazıçı Bernard Şou isə elə açıqca “İnsan nə qədər çox şeydən həya edərsə, bir o qədər də şərəf və qürur sahib olar” yazardı...

Fikrimcə, həya haqqında ən möhtəşəm fikri isə Həzrəti Əli deyib: “Həyanın zirvəsi insanın özünün özündən həya etməsidir”...

Dostlar, bu həya mövzusuna toxunmağım səbəbsiz deyil!

Öz tamahı, nəfsi ucbatından ailəsini və ölkəsini nəinki İngiltərədə, bütün dünyada rəzil-rüsvay etmiş oliqarx-deputat Cavanşir Feyziyevin baş verənlərə görə xalqdan, seçicilərindən üzr istəmək və sonra da sakitcə tutduğu vəzifələrdən istefa vermək əvəzinə, utanıb-qızarmadan çıxıb onun naqis əməllərini dilə gətirən jurnalistlərimizi suçlaması və aşağılamasının, “Bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib... Mənim siyasət və məişət dələduzlarına heç bir hesabat vermək fikrim yoxdur” deməsinin bircə adı var: utanmazlıq, abırsızlıq, sırtıqlıq, həyasızlıq!

Adama deyərlər, yaxşı, dələduz saydığın bu jurnalist və siyasətçilər qarşısında məsuliyyətin yoxdur və hesab vermək istəmirsən, bəs, bu xalqa niyə hesabat vermirsən?! Mandatını cibində hərlədiyin bu xalqıdamı dələduz sayırsan, ay oğru, ay cibgir, ay fırıldaqçı, ay yalançı!

Məgər sən İngiltərə məhkəməsində artıq varlığı sübuta yetirilmiş milyonlarını halal və qanuni yollarlamı qazanmısan?!

Sən heç halalla haramın fərqini bilirsənmi?! Dərmanpulu tapmadığından xəstə körpələri gözlərinin qabağında ölən, xəstəxana və aptek qapılarında sürünən və dilənən gözüyaşlı valideynlərin cibinə girib son qəpiyinədək çırpışdırmaqla toplayıb xaricə daşımamısanmı bu milyonları, milyardları?!

Unutma: Allah belələrini rüsvayi-cahan etməmiş, öldürməz! Görəcək günlərin hələ qabaqdadır!

Hə, bir də şərəf və ləyaqət davası açmaq fikrinə düşsən, o faktı da unutma: xalqdan oğurlayıb xaricə daşıdıqlarınızı həyat yoldaşlarınızın və qızlarınızın adına yazdırıb, onları yad ölkələrin məhkəmə qapılarında, yad hakimlər önünə çıxarıb süründürəndə, yalan danışmağa vadar edib utandıranda, siz artıq bu haqqı itirmisiniz!

Bir türk və müsəlman kişisinin şərəfini və qürurunu yerə vuran, onu ən çox alçaldan öz naqis əməllərinə ailəsini alət və ortaq etməsidir, ay türk əxlaqından yazan deputat Feyziyev!

Bu, sənə və sənin kimilərə toxunmasa da, dövlətimizin simvolunu pencəyinin yaxasına taxdığından, bizə toxunur! O bayraq simvolu namərd sinələrdə daşınmağa layiq deyil! Sən onu daşımağa layiq deyilsən, o nişanı çıxar!

Elxan Şükürlü

Xəbər 7654 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +