Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Mehdiyev-Kərimli birliyi: Gizli əlaqələr, birgə “layihə“lər...
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


13.11.2025  15:29 

Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”





A+  A-

“Vallah, bezdik əlinizdən, instaqramın, tiktokun mesaj bölməsinə, maillə, teleqrama, iş nömrəmizə hər gün minlərlə zəng, mesajlar gəlir ki, pul ver, kömək elə, ev al, telefon al, ərə gedirəm, cehizimi al, evimi “remont” elə, faizimi, kreditimi, borcumu ödə və daha nələr…”

XəzərNews.az xəbər verir ki, bu sözləri Nüşabə Musayeva sosial media hesabında yazıb.

Müğənni qeyd edib: “Başa düşmürəm bu nə deməkdir? Mən pul kəsirəm?! Yoxsa milyonçuyam?! Hələ iş axtaranları anlaya bilmirəm, mən məşğulluq idarəsinin rəhbəriyəm?! Toy üçün qoymuşuq səhifədəki nömrəni. Bəsdirin əl çəkin, insanı bu qədər bezdirməzlər.

Bu nədir hər gələn əlinə bir kart alıb dilənir, bir də yox deyəndə narazılıq edib şantaj edirlər. Mənim heç kəsin dədəsinə borcum yoxdur, nə də bank üstə oturmamışam. Gedin əziyyət çəkin, işləyin, qazanın. Borc, faiz götürüb kimə xərcləyib, kimlə yemisinizsə, onunla da ödəyin. Yaxşı söz öyrəniblər. Yoruldum variantlarınızdan”

İfaçı bildirib ki, evdən gizlin borca girənlərin günahkarı o deyil:

“Yox” cavabı eşidib qarğış edənlər, söyənlər var, şok oluram, vallah, bu nə sırıqlıq, bu nə üzsüzlük? Heç olmasa imkan olanda Allah xatirinə gücüm çatanı edirəm. Amma bu o demək deyil ki, hər gün məndən 5–10 min nəfərlə pul istəyənlərə onu ödəyəcək imkanım var”.

Xəbər 1772 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +