Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


01.05.2025  10:33 

İran İsraillə dil tapmağa çalışacaq – Politoloq





A+  A-

“ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı başladığı danışıq yeni vəziyyət yaradıb. Bəlli oldu ki, D.Tramp İranın nüvə məsələsinin həllində Rusiyanı tərəfdaşı kimi görür. D.Tramp “İranın ərazi itkisi” anlayışını gündəliyə gətirdi. Və nəhayət D.Tramp Səudiyyə Ərəbistanı ilə İsrailin münasibətlərinin normallaşmasına ümid etdiyini bildirdi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, bütün bunların hamısı nüvə danışıqları başladıqdan sonra ortalığa çıxıb:

“Əgər İran nüvə proqramında bir neçə dəfə ABŞ-ın Rusiya vasitəsilə gördüyü işləri rədd edib, birbaşa ABŞ-ın dediyini icra edibsə, bu İranın Rusiyanı qeyri-dost kimi gördüyünün əlamətidir. Daha böyük əlamət Rusiyanın İrana Qəzza müharibəsi zamanı İsrailin üzərinə hücum təklifi idi. İki dəfə prezident İ.Rəisi ilə görüşüb, V.Putin belə təklif irəli sürdü. İlk 2-3 gün İran bu istiqamətdə hərəkət etdi, sonradan görünür SSPAH-ın ali rəhbərə təsiri nəticəsində İran İsrailin üstünə hücuma keçmədi. Bu o deməkdir ki, İranın nöqteyi-nəzərində Rusiya daha böyük düşməndir. İsraili isə İran özü üçün bəzi məsələlərdə müəyyən qədər yaxınlığı olan dövlət kimi qəbul edir”.

Politoloq qeyd edib ki, İranın ali rəhbəri son bir ildə bir neçə dəfə İranın düşmənləri içərisində çar Rusiyası və Osmanlı imperiyasının adını çəkib:

“ABŞ, İsrail və s. düşmən dövlət kriteriyasında görünmür. BƏƏ ABŞ-a 1 trilyon 500 milyard dollar investisiya qoymaqla 3 adanı İrandan geri almağı qaldıra bilər. D.Tramp bunu hallandırdı. İran üçün daha böyük təhlükə Səudiyyə Ərəbistanının Yaxın Şərqdə İsraili bu vaxta qədər olan rolunda, funksiyasında görmək istəməməsidir. Səudiyyə Ərəbistanının fikrincə, Yaxın Şərq dövlətlərinin əksəriyyəti ərəblərdir. İslam dini, Quran onlara gəlib, ona görə də bu regionda ərəblər hökmranlıq etməlidir. Təbii ki, ilk növbədə Səudiyyə Ərəbistanı bu rolda özünü görür. Səudiyyə Ərəbistanının liderliyinə qarşı İran və İsrail müttəfiqdirlər. 1960-cı illərdə də İran məhz İsraili ərəb dövlətlərinə qarşı anti-ərəbçiliyinə görə maliyyələşdirdi, dəstəklədi və ərəblərin ağır itkiləri də o dövrə düşdü. İndi də təxminən ona bənzər vəziyyət yaranır”.

M.Əhmədoğlu hesab edir ki, İran ərazi itkisini qəbul etməyəcək, Rusiya ilə bir istiqamətdə getmək istəmir:

“İran Səudiyyə Ərəbistanını Yaxın Şərqdə hegemonluğunu qəbul etməyəcək. Səudiyyə Ərəbistanı müdafiə nazirinin Tehranda Ali rəhbərlə görüşü dərhal unuduldu. Səudiyyə Ərəbistanın Tehrana, ali rəhbərlə görüşə xarici işlər nazirini deyil, müdafiə nazirini göndərməsi də vacib tutumlu mesaj kimi qəbul edilə bilər. İran mütləq İsraillə dil tapmağa çalışacaq. Əlbəttə, İran bu halda hətta nüvə texnologiyalarını dayandırmağa, raket, PUA silahlarını da müəyyən qədər azaltmağa vəd verə bilər”.

Zəhra
XəzərNews.az



Xəbər 282 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +