TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


02.08.2022  11:56 

Yaylaq qalmaqalı böyüyür: günahkar Qənirə Paşayeva imiş...





A+  A-

Xəbər verdiyimiz kimi, millət vəkilləri Fazil Mustafa və Aqil Abbas Milli Məclisin Mədəniyyət Komitəsinin Yaylaq Festivalına dəvət olunmadığını bildiriblər.

Qeyd ediblər ki, Mədəniyyət Nazirliyi tərəfindən onlara heç bir dəvət gəlməyib.

Maraqlıdır, nazirlik Mədəniyyət Komitəsindən niyə heç kimi Yaylaq Festivalına dəvət etməyib? Nazirliklə Mədəniyyət Komitəsi arasında nə baş verir?

Məsələ ilə bağlı Bakupost.az Mədəniyyət Nazirliyinə sorğu ilə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən qeyd olundu ki, qonaqların əsas siyahısını onlar tərtib etməyiblər:

“Əsas siyahını "Cavad Xan" Tarix və Mədəniyyət Fondu tərtib edib. Dəvətlər onların siyahısı əsasında göndərilib”.

Yaylaq Festivalın ideya müəllifi, layihənin rəhbəri Müzadil Həsənov da məsələyə münasibət bildirib.

O, Bakupost.az -a açıqlamasında deyib ki, Yaylaq Festivalının təşəbbüsü və təşkilatçılığı "Cavad xan" Tarix Mədəniyyət Fonduna aiddir:

“Digər qurumlar - Mədəniyyət Nazirliyi, KOBİA, Gənclər və İdman Nazirliyi və digər özəl qurumlar tərəfdaş qismində çıxış ediblər. Bizdən yalnız xarici qonaqlara, tərəfdaş qurumların rəhbərlərinə dəvətnamə göndərilib. Burada özəl dəvətnamə yoxdur. Festival "Elimiz-obamız dəvətlidir" şüarı ilə keçirilib. Yəni heç bir ödəniş etmədən, dəvətnanə almadan, qeydiyyatdan keçmədən hər kəs qatıla bilərdi. Üç gün ərzində axın-axın insanlar gəlirdi. Dəqiq sayını bilməsək də, üç günə 100 mindən çox insan festivala qatılıb”.

Onun sözlərinə görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya şəxsən dəvətnamə göndərib, lakin nə özü, nə də Komitə üzvlərindən kimsə festivala qatılmayıb:

“Əgər Mədəniyyət Komitəsinin deputatları "festivala dəvət olunmamışıq" deyirlərsə, bu, anlaşılan deyil. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya şəxsən özüm dəvətnamə göndərmişəm. Eyni zamanda, yazıb dəvət etmişdim. Amma niyə gəlmədiyini bilmirəm. Qənirə xanım dəvətə heç reaksiya da vermədi. Halbuki özü gələ bilmirdisə, Komitədən kimisə göndərə bilərdi”.

M.Həsənov vurğulayıb ki, dövlət büdcəsindən Yaylaq Festivalına 1 qəpik pul xərclənməyib:

“Festivalın tam büdcəsi "Cavad xan" Tarix-Mədəniyyət Fonduna aid idi. Dövlət qurumlarının büdcəsindən bir qəpik pul xərclənməyib. Hər bir nazirlik, qurum öz işçilərini gətirib, konsert təşkil edib. Yerin qurulması, tikilməsi hamısı bizim öz büdcəmizə aiddir. Tərəfdaş qurumlar da özlərinə aid məsələləri həll ediblər".

Xəbər 3186 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +