TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


03.07.2021  09:07 

Latviya Belarusla sərhədi gücləndirdi





A+  A-

Latviya Belarus ərazisindən Litvaya keçən qeyri-qanuni miqrantların sayının kəskin artması səbəbindən Belarusla sərhəddə mühafizəni gücləndirib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Dövlət Sərhəd Mühafizəsi Xidməti rəisinin müavini vəzifəsini icra edən Andrey Roqozin bildirib.

“Latviya ilə sərhəddə hələlik sakitlikdir. Lakin mümkün sərhəd pozucularını üzə çıxarmaq üçün tədbirlər artıq görülüb. Üstəlik, sərhəd pozucularının hamısını ölkəyə buraxıb yoxlamaq lazım olur. Onların bir qismi həqiqətən də sığınacaq axtaran şəxslərdir, lakin qeyri-sabit regionlarda döyüşmüş yaraqlılar da olur”, - o deyib.

Qeyd edək ki, Litvada son zamanlar qeyri-leqal miqrantların respublika ərazisinə Belarusla sərhəddən keçməsi hallarının sayı xeyli artıb. İlin əvvəlindən Litvada Belarus ərazisindən respublikaya gələn 822 qeyri-leqal miqrant (əsasən Asiya ölkələrindən) saxlanılıb. Bu, 2020-ci illə (12 ay) müqayisədə 10 dəfə çoxdur. Cümə günü axşam fövqəladə çağırılmış iclasda Litva hökuməti Belarus ərazisindən qeyri-leqal miqrasiyanın kəskin artması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejiminin elan edilməsi barədə qərar qəbul edib.

Xəbər 3662 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +