TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


04.09.2019  09:16 

Üç qat Olimpiya çempionu evində ölü tapıldı





A+  A-

Biatlon üzrə üç qat Olimpiya çempionu, norveçli idmançı Halvard Hanevold 49 yaşında dünyasını dəyişib.
XəzərNews.az bildirir ki, bu barədə “TV2” telekanalı xəbər verib.

“Budstikka” nəşrinin məlumatına görə, Hanevold evində ölü tapılıb. Ölümün təfərrüatları hələki açıqlanmır.

Norveç Biatlonçular İttifaqının prezidenti Arne Horten Hanevoldun ölümünü idman ictimaiyyəti üçün böyük itki adlandırıb. “Norveç biatlonu üçün kədərli gündür”, - o deyib.

Qeyd edək ki, Hanevold 1998, 2002 və 2010-cu illərdə Olimpiya çempionu olub. Bundan əlavə, onun aktivində dünya çempionatlarının beş qızıl medalı var. Biatlonçu karyerasına 2010-cu ildə son qoymuşdu. İdmandan gedəndən sonra o, Norveç telekanalında ekspert qismində çıxış edirdi.

Hanevoldun həyat yoldaşı və iki övladı var.



Xəbər 2874 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +