TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


12.11.2018  15:24 

Vətəndaşlara şad xəbər - Bu dəyişiklik olsa...





A+  A-

2019-cu ildən etibarən ticarət və iaşə obyektlərində nağdsız formada edilən ödəniləcək məbləğin Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi vətəndaşa qaytarılması gözlənilir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov bildirib ki, bu məsələ Vergilər Məcəlləsində ediləcək dəyişikliklərdə təklif edilir: “Bu addım nağdsız ödənişlər üzrə ödənişin stimullaşdırılmasına, şəffaflığın təmin edilməsinə, eyni zamanda, “kölgə iqtisadiyyatı”nın minumuma endirilməsinə xidmət edəcək. Çünki nağd vəsait dövriyyədə nə qədər çox olarsa, bu, inflyasiya şəraiti yaradır. Nağd ödənişlər şəffaflığın təmin olunmasında, uçotların aparılmasında müəyyən problemlər yaradır. Nağdsız ödənişlər bunun qarşısının alınmasında ən düzgün vasitələrdən biridir.

Buna görə də Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən nağdsız formada hər hansı bir vətəndaş ticarət və iaşə obyektlərində alış-veriş edirsə, sadalanan iqtisadi göstəricilərlə yanaşı, vətəndaşın özü də burada qazanacaq. Fiziki şəxslər nağdsız alış-veriş zamanı ƏDV-nin 15 faizini, nağd alış üzrə isə 10 faizini geri ala biləcək.

Hüquqi şəxslər isə məbləğin 18 faizini geri ala biləcək.

Getdikcə nağd ödənişlərinin minumuma endirilməsi, eləcə də bütün ödənişlərin nağdsız şəkidlə həyata keçirilməsi vətəndaşın da büdcəsinə qənaət qazandıracaq. İnsanlar özü də bu prosesdə maraqlı olacaq.

Vəsaitin hansı formada qaytarılmasına gəlincə isə, deputat qeyd edib ki, bunun müxtəlif üsulları var: “Bildiyimiz “tax free” forması da var. Ancaq dəqiq mexanizmlər işlənib hazırlanacaq. Gələn ilin vergi islahatları sahəsində bu addımların da atılması gözlənilir”.

Xəbər 2766 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +