TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


05.03.2018  15:16 

Ehtiyat ibtidai sinif dərslikləri hazırlanır - RƏSMİ





A+  A-

Yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq, Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ehtiyat ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparılır.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən , təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ilkin konsepsiya hazırlanan zaman beynəlxalq tədqiqatların nəticələri, orada ölçülən göstəricilər məzmun baxımından nəzərə alınıb:

"Hesab edirik ki, beynəxalq təqdiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik".

C.Bayramov bildirib ki, hər bir sinif üçün dərslik tərtib olunan zaman müəllim üçün metodik vəsait də hazırlanacaq:

"Yeni ehtiyat dərslik modelində isə müəllimlərlə yanaşı, tövsiyə xarakterli metodik vəsaitin hazırlanmasını da nəzərdə tutmuşuq. Valideynlərin uşaqları ilə hansı istiqamətdə məşğul olması, onlara yardım etməsi şagirdlərin təhsil səviyyəsində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə artıq işlərə başlanılıb".

Xəbər 2722 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +