TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


03.01.2018  11:38 

İcra başçsı məcburi köçkünlərlə görüşdü - FOTOLAR





A+  A-

Alı Alıyev Bayram günlərində Qayıdış və Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlərlə görüşüb.
XəzərNews.az xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə məcburi köçkünlərin sıx məskunlaşdığı Qayıdış və Zobucuq qəsəbələrində olub , əhali ilə görüşərək onların bayramlarını təbrik edib.

Alı Alıyev görüş zamanı Qayıdış və Zobucuq qəsəbələrində məskunlaşan əhali ilə söhbət etmiş , onların problem və qayğılarını dinləyib.

Məcburi köçkünlər Dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını işıq, su, qaz və digər kommunal xidmətlərinin Dövlət tərəfindən vahid aylıq müavinət şəklində ödənildiyini bildiriblər. Alı Alıyev işıq , su və qazdan qənaətlə istifadə etməyi israfçılığa yol verməməyi tövsiyyə etmiş, eyni zamanda məcburi köçkünlərə həyətyani və pay torpaqlarından səmərəli istifadə etmələrini bildirib.

Sonra Alı Alıyev hüquq mühafizə orqanlarının rəhbərləri və bir qrup məcburi köçkünlə ictimai nəzərət qaydasında Qayıdış və Zobucuq qəsəbələrində fəaliyyət göstərən topdan və pərakəndə satış mərkəzlərində olmuş, ərzaq məhsullarının qiyməti ilə maraqlanıb. Məcburi köçkünlər topdan və pərakəndə satış mərkəzlərində bayram günlərində heç bir qiymət artımına yol verilmədiyini , qiymətlərin onları qane etdiyini bildirib. Qayıdış və Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




Xəbər 3252 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +