TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


30.11.2017  10:16 

14 yaşlı gəlinlə bağlı nazirlikdən rəsmi açıqlama





A+  A-

"Noyabrın 27-də bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə Yevlax şəhərində yaşayan 13 yaşlı oğlan və 14 yaşlı qızın guya ailə qurmaları barədə yayılan informasiyanın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir”.
XəzərNews.az xəbər verir ki, bunu metbuat.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev bildirib.

Onun sözlərinə görə, həmin informasiyanın dəqiqləşdirilməsi məqsədi ilə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış, lakin qeyd olunan məlumat öz təstiqini tapmayıb:

"Onu da qeyd edim ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlaxda da ictimaiyyət arasında, orta məktəblərdə, əmək kollektivlərində vaxtaşırı keçirilən görüşlərdə belə halların aradan qaldırılmasına dair hüquqi maarifləndirmə tədbirləri aparılır.

Qeyd olunan yazıya əlavə edilmiş foto isə nəinki Yevlaxda, ümumiyyətlə Azərbaycanda çəkilməyib. Fotonun xarici dövlətlərdən birində çəkilməsinə dair müəyyən məlumatlar var”.

Xəbər 3976 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +