TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


07.09.2017  09:17 

Xızıdakı partlayış haqda son açıqlama





A+  A-

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə növbəti açıqlama yayılıb.
XəzərNews.az xəbər verir ki, açıqlamada bildirilir ki, 06 Sentyabr 2017-ci il tarixində yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi, Sitalçay, Şurabad və Məşədi Həsən kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 əkin sahəsinə, 2 ferma ərazisinə, yaşıllıq sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 64 ədəd partlamamış hərbi sursat, 179 ədəd partlamış-yanmış mərmi qalıqları və 130 kq yandırma aşkar edilərək götürülüb.

Ümumiyyətlə, 11 gün ərzində 12 ev, 41 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 14 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 3 941 ədəd partlamamış hərbi sursat, 2 617 ədəd partlamış-yanmış sursat qalıqları və 2 343 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 14 172 562 kv.m (1 417.26 ha) ərazi yoxlanılıb.

Xəbər 3134 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +