Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron
Baş nazirin birinci müavini istefa ərizəsi yazıb
Əhməd Oruc insult keçirib
Müğənni özü dəvətlərdən imtina edib -Nazirlik
Rus ordusu bu kəndləri işğal etdi


03.04.2017  13:38 

Generalın qiyam ərəfəsində Azərbaycanda hansı nömrə ilə danışdığı bilindi





A+  A-

Xəbər verildiyi kimi Ankara Cümhuriyyət Prokurorluğu ötən il iyulun 15-də Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdinə rəhbərlik etdiyi deyilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə bir sıra xarici ölkələrlə, o cümlədən Azərbaycandakı abonentlərlə telefon danışıqları apardığını istintaq materiallarına əlavə edib.
General Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş qiyamçıların əsas bazası olan Akıncı Hava Bazasının komandanı olub. F-16 təyyarələri həmin bazadan qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı.

İstintaq müəyyən edib ki, general Öztürk iyulun 13-dən 16-na, yəni həbs olunana qədər Karakuşla və Akıncı bazasının digər zabitləri ilə dəfələrə telefonla danışıb. Habelə məlum olub ki, hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.

Türkiyə mətbuatı bu gün general Öztürkün xarici ölkələrdə zəngləşdiyi abonentlərin telefon nömrələrini də dərc edib. Belə məlum olur ki, hərbi qiyamın lideri Azərbaycanda “Azərcell”in 051 660 00 38 nömrəli mobil telefon nömrəsi ilə iki dəfə danışıb.

Virtualaz.org həmin mobil nömrəyə zəng vurub və məlum olub ki, hazırda nömrə işlək deyil. Operator həmin nömrəyə zəng çatmadığını, telefonun ya söndürüldüyünü, ya əhatə dairəsi xaricində olduğunu bildirir...

Xəbər 2842 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib

17.11.2025  10:30 

Şəhid anası vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +