TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


13.03.2024  15:43 

Bakıda Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilib - FOTO





A+  A-

Bakıda Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilib.

Xəzərnews.az APA-ya istinadla xəbər verir ki, iclasda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, video bağlantı vasitəsi ilə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılışında çıxış edən Fərid Şəfiyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə son səfərini olduqca əlamətdar adlandırıb və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün əhəmiyyətini diqqətə çatdırıb.

Şəfiyevin sözlərinə görə, ölkəmizin öz ərazi bütövlüyünü təmin edəndən sonra Qarabağ regionunda görülən tikinti - yenidənqurma işlərində qardaş Qazaxıstanın də böyük rolu var.

BMTM rəhbəri həmçinin qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr genişlənir, ticarət dövriyyəsinin həcmi dayanmadan artır: "Bütün bunlarla yanaşı şübhəsiz ki, qardaş xalqlarımız arasında mədəni, humanitar, elm və təhsil sahələrində əlaqələr inkişaf etdirilir. Burada şübhəsiz ki, hər iki ölkə ekspertlərinin görüşlərini də xüsusi vurğulamaq lazımdır".

Açılış nitqinin davamı olaraq Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov qeyd edib ki, Azərbaycana hər səfəri ona böyük sevinc bəxş edir, Bakı onun üçün doğma şəhərə çevrilib.

Tukumov bildirib ki, hər iki ölkə rəhbərliyi gənc nəslin inkişaf etdirilməsində maraqlıdır. Qazaxıstan və Azərbaycan hər biri öz regionunun lider ölkələri olaraq böyük layihələrin həyata keçirilməsində iştirak edir. Xəzər dənizi xəritədə ölkələrimizi bir- birindən ayırırmış kimi görünməsinə baxmayaraq xalqlarımız və dövlətlərimiz arasında getdikcə daha da möhkəmlənən əlaqələr sayəsində bu dəniz ölkələrimizi birləşdirir, körpü rolunu oynayır.
Ölkələrimizin gələcəkdəki əlaqələrinin inkişaf perspektivlərindən danışan Tukumov əmin olduğunu bildirib ki, bünövrəsi indi qoyulan işlər 20-30 il sonrakı dövr ərzində daha böyük nailiyyətlər əldə etməyimiz üçün hesablanıb.





Xəbər 3070 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +