“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


24.11.2023  00:44 

Mən BMT və beynəlxalq təşkilatlardan görmək istədiyim səyləri görməmişəm -Netanyahu





A+  A-

İsrailin Baş naziri Benyamin Netanyahu BMT-nin Qəzza zolağında artan humanitar böhrana çox gec reaksiya verdiyini hesab edir.

Xəzərnews.az xəbər verir ki, o bu barədə Belçika və İspaniyadan olan həmkarları Aleksandr De Kroo və Pedro Sançeslə görüşündə bildirib.

“Mən hələ BMT və beynəlxalq təşkilatlardan görmək istədiyim səyləri görməmişəm. Qış yaxınlaşır və Qəzza zolağındakı təhlükəsiz zonalarda onminlərlə çadır qurmamaq üçün heç bir səbəb yoxdur. Lakin BMT təhlükəsiz zonalara daxil olmur və bu, məni heyrətə gətirir”, - Netanyahu deyib.

O qeyd edib ki, İsrail Fələstin anklavının sakinlərinin hərəkəti üçün Qəzza zolağının şimal hissəsindən cənuba doğru təhlükəsiz dəhliz açıb və o bundan sonra mülki itkilərin sayı azalmaqdadır. “Hərbi əməliyyatlar sakinləri xəbərdarlıqlarımıza qulaq asmağa və anklavın cənubuna doğru getməyə məcbur edib. Onlar cənuba çatanda humanitar yardıma çıxış əldə ediblər”, - Netanyahu bildirib.


Xəbər 1024 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +