Heç kim Ukraynanı bu prosesdən kənarda qoymur - Putin
Prokuror Tofiq Yaqubluya cəza istədi: 10 il
“Talassemiya işi”nə görə məhkəməyə çağırılacaqlar
99-AF-009 nömrəli “Rolls Royce“ hərraca çıxarıldı
Bu yol əsaslı təmir olunacaq - Sərəncam
Rusiya Xersonda ambulansı vurdu
Məşhur müğənni 25 milyonluq evini satır
AFFA-nın bu qərarı ədalətlidir?
Zelenski: Əhalinin 57%-i məni dəstəkləyir
“Qazaxlı Alik“in oğluna hökm oxundu


13.02.2025  14:49 

Elnur Bağırov təbii inhisarçılarla “vuruşa“ biləcəkmi?





A+  A-

Ötən il Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında eyni adlı Dövlət Agentliyinə çevrilmişdi. Yəni anlaşıqlı desək, Antiinhisarın statusu xeyli gücləndirilib və qurum Nazirlik tabeliyindən birbaşa Prezident tabeliyinə keçirilib.

Ümumiyyətlə, ötənlərə baxanda görünür ki, bu qurumun status dəyişməsi elə də asan olmayıb. Qurumun statusu dəflərlə dəyişikliyə məruz qalıb. Hətta elə dövr olub ki, Prezidentin sərəncamı olmasına baxmayaraq, bu qurumla bağlı Əsasnamə və strukturları təsdiqləmək mümkün olmayıb, yenidən köhnə statusuna qaytarılıb.

İndi qurum yenidən Agentliyə çevrilib. Həm də birbaşa Prezident tabeliyinə keçib. Yeni struktur və yeni Əsasnamə qəbul edilib.

Rəqabət Məcəlləsindən sonra bunlar gözlənilən idi.

Görünür ki, hökumət satınalma və rəqabət sektorunda vəziyyəti dəyişmək istəyir.
Ötən rəhbərlik dövründə sektorda müəyyən addımlar atılıb. Xüsusəın də 17 il qəbul edilməyən Rəqabət Məcəlləsinin qəbulunda Antiinhisarın ötən rəhbərliyinin böyük rolu olub.

eSatınalma portalına da müsbət istiqamətdə bir xeyli əl gəzdirilib.

Rəqabət mütihinin pozulması ilə keçirilən tenderlərin ləğvi, təbii inhisarçılarla münasibətlərin qaydaya salınması istiqamətində müəyyən işartılar olub. Lakin rəqabətli mühitin formalaşması, istehlakçıların hüquqlarının qorunması və satınlamalarda problemlər çox idi.

Təbii inhisarçılarla vəziyyət daha dözülməz idi. Antiinhisarın köhnə rəhbərliyi təbii inhisarıların “kartel sövdələşməsi” etdiyini açıqlasalar da, bundan o tərəfə gedə bilmədilər. Sövdələşmə indiyədək də qüvvədədir. İstehlakçıların hüquqlarının qorunmasında da xeyli problemlər var, xüsusən də rəqəmsal sektorda...

Bəzən böyük məbləğli tenderlerin keçirilmə formaları, bu tenderlərdə üstünlük əldə etmək üçün tətbiq edilən şərtlər mübahisə və müzakirə mövzusuna çevrilir.

İndi Prezidentin Sərəncamı ilə köhnə strukturda rəis müavini olan Elnur Bağırov Agentliyin sədri təyin edilib. Yəni Nazirlik tabeliyindəki qurumda müavin olan Elnur müəllim, indi birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olub.

Elnur müəllim həm sektoru gözəl bilir, həm də biznes sahəsində çalışdığından biznesin də incəliklərini yaxşı bilir. Xeyli müddət istehlakçılarla bağlı struktura da rəhbərlik edib.

Məmməd müəllimdən fərqli olaraq Elnur müəllimin daha rəqabətli mühitin və daha məmnun istehlakçı mühitinin inkişafı üçün start vəziyyəti xeyli üstündür. Birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olaraq onun haqsız rəqabətə qarşı, oliqarxlarla və təbii inhisarçılarla vuruşmaq üçün daha münbit şəraiti var.

"Vuruşa" biləcəkmi, yaxud "vuruşmaq" istəyəcəkmi?

Onu da yaxınlarda görəcəyik.

Osman Gündüz

Xəbər 1052 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.02.2025  17:39 

Millimiz Qazaxıstana qalib gəldi

19.02.2025  17:31 

Bakı Arbitraj Mərkəzi yaradıldı

19.02.2025  17:22 

Rusiya Xersonda ambulansı vurdu

19.02.2025  17:19 

AFFA-nın bu qərarı ədalətlidir?

19.02.2025  16:43 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +