Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb
Pezeşkian Azərbaycan atalar sözü ilə Trampa səsləndi
Putinlə çox vaxt keçirdim - Stiv Vitkoff
Bir yumruğa 3 il həbs... - Azərbaycanda
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək
“İstanbul NS” klinikasına cərimə yazıldı
Deputatın oğlu sahibkarın səhmlərini əlindən alıb – Şikayət


19.02.2025  14:06 

Ayaz Salayevi linç edək? - MÖVQE





A+  A-

“Ayaz Salayevin Türkiyə türkcəsini Azərbaycan türkcəsi üçün təhlükə hesab etməsi xoşməramlı fikir deyil. Təəssüf ki, Ayaz Salayev kimi düşünən ziyalılarımız da var. Ancaq bu kimi fikirlərə görə kiminsə üzərinə getmək, ən pisi isə onun ünvanına ittihamlar yağdırmaq doğru yanaşma sayıla bilməz”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli çıxış edib.

E.Həsənli bildirib ki, biz hər bir kəsin öz fikrini ifadə etmək azadlığına sayqı göstərməliyik, bu, birmənalıdır:

“Diqqət edin. Mən sayqı sözü işlətdim. Şübhəsiz ki, bu, söz Türkiyə tükcəsindən gəlir. Ancaq “sayanın quluyam, saymayanın ağası” məsəli bizə məxsusdur. Sayqı sözü də eyni kökdən yaranıb. Məncə, bu söz təbii şəkildə Azərbaycan türkcəsinə daxil olub...

Əlbəttə, Türkiyə türkcəsində də müəyyən problemlər var. Akop Martayanın Türkiyədə dil islahatına rəhbərlik etməsinin yan təsirləri hələ də özünü göstərir. Buna baxmayaraq, biz Türkiyə türkcəsi ilə Azərbaycn türkcəsinin bir-birindən faydalanmasını və bir-birinə yaxınlaşmasını təmin etmək istiqamətində səylərimizi artırmalıyıq...

Türk dillərinin qarşılıqlı şəkildə bir-birini zənginləşdirməsi prosesinə müqavimət göstərmək yox, bu prosesə yaşıl işıq yandırmaqda fayda var...”



Xəbər 815 dəfə oxunub.




21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI

21.02.2025  12:43 

DON TRAMP nə İSTƏYİR?!


BÜTÜN XƏBƏRLƏR +