Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


07.08.2023  15:38 

Deputatdan siqaretin bahalaşmasına qəribə şərh...





A+  A-

"Siqaretin qiymətinin bahalaşmasının tərəfdarıyam. Artırlıbsa, çox yaxşı olub. Qoy artsın"

XəzərNews.az Azxeber-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.

O əlavə edib: "İnsanların siqaretdən çəkinməsi çox vacibdir. Çünki bu həm insanın özünə, həm də ətrafında olan insanlara həddindən artıq böyük ziyan vurur. Bu ziyanın nəticələrini də görürük”.

T. Rzayevin sözlərinə görə, pandemiya dövründə vəfat edən insanların əksəriyyətinin ölümünə səbəb məhz spirtli içkilər və siqaretə aludəçilik olub:

"Bu insanlar xəstəliklər qarşısında qoruna bilməyib, həyatlarını itirdilər. Bu gün Azərbaycanda nəinki kişilər, bəzi qadınlarımız da siqaret çəkməyə başlayıb. Başqa ölkələrdə qadınların, uşaqların siqaret çəkmələri kütləvi hal alıb. Artıq Azərbaycanda da siqaret çəkən qadınlar çoxalıb. Bunu düzgün hesab etmirəm”.

Tahir Rzayev qeyd edib ki, tütün məhsullarına, spirtli içkilərə əlçatanlıq olmamalıdır:

"İstərdim ki, spirtli içkilərin də, insanın psixologiyasına, səhhətinə təsir edən məhsulların qiyməti bahalaşsın. Əksər ölkələrdə bu məhsulların qiyməti çox bahadır. Hətta bəzi ölkələrdə siqaretə qadağalar qoyulur. Bu qadağa insanların səhhəti üçün tətbiq olunur”.

Xəbər 1064 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +