Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


23.05.2022  19:29 

Beş il əvvəl öldürülmüşdü, üstü indi açılır





A+  A-

Beş il əvvəl – 2017-ci il martın 30-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Valeh Nəcəfovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən baş nahiyəsinə odlu silahdan açılan atəşlə qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanaraq istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxslərdən biri tutularaq istintaqa cəlb edilib.

XəzərNews.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin cinayət əməlinin törədilməsində iştirak etmiş qrup üzvləri – İran İslam Respublikasının vətəndaşı Bəşir Qəhrəmani, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib. Həmin təqsirləndirilən şəxslər barəsində cinayət işi 2019-cu il mayın 24-də məhkəməyə göndərilməklə barələrində ittiham hökmü çıxarılıb.

Cinayət əməlinin törədilməsində təqsirli bilinən Azərbaycan Respublikasının vətəndaşı Samir Kazımov və İran İslam Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və digər müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, istintaqdan qaçıb gizləndiklərindən 2017-ci il mayın 1-də barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Axtarışda olan təqsirləndirilən şəxs Samir Kazımov cari il mayın 12-də prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində tutulub. Mayın 18-də ona Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.4-cü, 221.2.1-ci və digər maddələri ilə ittiham elan olunub.

Hazırda istintaq davam edir.

Xəbər 6848 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +