Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


13.03.2018  09:05 

Belə bayram bir də 17 il sonra olacaq





A+  A-

"Azərbaycanda bu il olduğu kimi ilaxır çərşənbə ilə Novruz bayramının eyni günə təsadüf etməsi sonuncu dəfə 2001-ci ildə baş verib. Bu hadisə bir də 2035-ci ildə qeydə alınacaq".
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib.

X.Mikaylovun sözlərinə görə, Novruz çərşənbələri müəyyənləşdirilərkən yaz fəslinin ölkəyə gəliş tarixi mütləq şəkildə nəzərə alınır. Bəzi hallarda axır çərşənbə bayramdan 6 gün əvvələ keçirilir.

Mütəxəssis bildirib ki, əgər ilaxır çərşənbə yaz fəslinin başlanıldığı günə təsadüf edirsə və yazın gəlişi səhər saatlarında baş verərsə, onda həmin gün ilaxır çərşənbə deyil, bayram günü kimi qeyd edilməlidir: "Bu halda ilaxır çərşənbənin tarixi 6 gün əvvələ çəkilir. Yazın gəlişi axşam saatlarında, yəni gün batandan sonra baş verdikdə isə həmin gün həm ilaxır çərşənbə, həm də bayram günü sayılır və ilaxır çərşənbə Novruz bayramı ilə üst-üstə düşmüş hesab olunur".

X.Mikayılov əlavə edib ki, 2035-ci ildə də yaz fəslinin gəlişi gecə saat 23 radələrində baş verəcəyi üçün ilaxır çərşənbə ilə bayram günü tam olaraq, üst-üstə düşəcək.

Qeyd edək ki, bu il fevralın 27-də ilk çərşənbə - Su, martın 6-da Od, martın 13-də Yel, martın 20-də ilaxır çərşənbə olacaq. Bu il yaz fəsli ölkəyə martın 20-də saat 20:15:30-da gələcək.

Xəbər 1455 dəfə oxunub.



22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +