Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


14.09.2017  14:12 

AzTV-də dəyişiklik - Dilarə Səlimə vəzifə verildi





A+  A-

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində növbəti kadr dəyişiklikləri olub.
XəzərNews.az BakuPost.az-a istinadən xəbər verir ki, sədr Arif Alışanov qurumun nəzdində fəaliyyət göstərən Mədəniyyət televiziyasının "Xəbərlər” departamentinin baş redaktoru Lalə Məmmədovanı və onun müavini Aygün Budaqovanı vəzifələrindən azad edib. "Xəbərlər”in baş redaktoru vəzifəsinə isə AzTV-nin "Xəbərlər” proqramının aparıcısı, tanınmış jurnalist Dilarə Səlim təyin edilib.

Əldə etdiyimiz məlumata görə, kadr dəyişiklikləri səlahiyyətləri yenicə əlindən alınan sədr müavini Elsevər Dünyamalıyevə görə aparılıb. Belə ki, prezident sərəncamı ilə AzTV-də sədr müavini təyin olunan E. Dünyamalıyev "Xəbərlər”ə nəzarəti ələ aldıqdan sonra rəhbər vəzifələrə öz adamlarını qoyub. O, 2015-ci ildə iş başına keçən kimi "Mədəniyyət” xəbərlərinin baş redaktoru Cəmilə Əzimovanı bu vəzifədən çıxarıb və yerinə Lalə Məmmədovanı təyin edib.

Bir müddət əvvəl isə Arif Alışanovun yerinə göz dikdiyi deyilən müavin "Xəbərlər”ə nəzarəti itirdiyi üçün, onun verdiyi təyinatlar da sədr tərəfindən bir-bir ləğv edilməyə başlayıb.

Xatırladaq ki, BakuPost.az Elsevər Dünyamalıyevlə Arif Alışanov arasındakı gərginliklə bağlı geniş yazı dərc etmişdi. Yazıda bildirilirdi ki, Arif Alışanovun böyük etimad göstərərək, yüksək səlahiyyətlər verdiyi E. Dünyamalıyev onun yerinə keçmək üçün əlaltından işlər görürmüş. Bundan xəbər tutan sədr isə onu "zərərsizləşdirmək” üçün qeyri-rəsmi şəkildə verdiyi səlahiyyətlərini geri alıb.

Xəbər 1324 dəfə oxunub.



22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +