Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


16.08.2017  11:08 

Ağdaşda bələdiyyə sədrinin oğlu öldürülüb - Söyüşə görə





A+  A-

Ağdaş rayonunda qətl hadisəsi törədilib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Həsənov Sahib Baris oğlunu bıçaqlayıb.

Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılan Sahib Həsənov orada dünyasını dəyişib.

Məlumata görə, Sahib Həsənov bıçaqlanandan sonra hadisə yerində köməksiz vəziyyətdə qalaraq çoxlu qan itirib və rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Qəribli kəndindən xəstəxanaya 2 saat sonra gətirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə gecə radələrindən toydan çıxarkən baş verib. İki dost arasında söyüş üstündə mübahisə yarandığı və Cabir Savxanovun həmkəndlisini ayağından bıçaqladığı bildirilir. Bıçaq şah damarını kəsdiyi və xəstəxanaya gec çatdırıldığı üçün Sahib Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qətlə yetirilən 22 yaşlı Sahib nişanlı olub.

Xəbər 1587 dəfə oxunub.



22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +