Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


09.03.2017  13:45 

Tələbələrin öldüyü qəzanın baş vermə anı - VİDEO





A+  A-

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb.
XəzərNews.az Avtosfer.az xəbər verir ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Bu arada sayt qəzanın başvermə anının və səbəbini açıq-aşkar əks etdirən görüntüləri əldə edib. Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli "Ford"ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər "Ford"u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl "ZİL" markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. "ZİL"in sürücüsü maşını körpüdə saxlayaraq təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford" ötmə əməliyyatı edəndən sonar sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldaki mişar daşlarına dəyən "Ford" daha sonra sol tətəfdən "ZİL"ə çırpılıb.

Araşdırmalar zamanı məlum olub ki, Namiq Hüseynov uzun illərdir "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.


Xəbər 3567 dəfə oxunub.





22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +