Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


27.11.2024  15:06 

Türkiyənin gizli cənnəti: Gürün Gökpınar Gölü -Foto





A+  A-

Türkiyənin zəngin tarixi, bənzərsiz mədəni irsi və möhtəşəm təbiət mənzərələri hər il milyonlarla turisti özünə cəlb edir. Bu gözəlliklərin içərisində, Sivasın Gürün rayonunda yerləşən Gökpınar Gölü, təbiətsevərlər üçün sanki gizli bir cənnətdir

Gürün, təbiət baxımından nadir yerlərdən biridir. Burada yerləşən Gökpınar Gölü, şəffaf və təmiz suyu ilə, hər kəsi özünə heyran qoyur.

Gölün ən diqqətçəkici xüsusiyyətlərindən biri isə suyun rənginin günəşin bucağına görə dəyişməsidir. Gölün maviliyi, ona bu adın verilməsinə səbəb olub. Göl iki əsas hissədən ibarətdir: Kiçik Göl, alabalıq istehsalı üçün nəzərdə tutulubr, Böyük Göl isə turistik ziyarətlər üçün nəzərdə tutulub...

Gökpınar Gölü və əfsanəsi
Hər təbii gözəlliyin bir əfsanəsi olur. Gökpınar Gölünün də özünə məxsus bir əfsanəsi var. Deyilənə görə, bir gün çoban Gökpınar Gölünün yaxınlığında qoyunlarını otararkən qəribə bir səs eşidir. Bu səslər onu qorxudub və dərhal qoyunlarını götürərək ərazidən uzaqlaşmağa başlayır. Lakin çoban geriyə baxanda, Gökpınar Gölünün su ilə dolduğunu və gözəl bir gölə çevrildiyinin şahidi olur.

Gökpınar Gölünə necə getmək olar?
Gökpınar Gölü, Sivasın Gürün rayonunda yerləşir və Gürün mərkəzindən cəmi 10 km uzaqlıqdadır. Lakin Sivasın mərkəzindən bu möhtəşəm təbiət gözəlliyinə çatmaq üçün 146 km yol qət etmək lazımdır. Hər il yüzlərlə insan bu təbii ərazini ziyarət etmək üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə edir.

Sivasın Gürün mahal mərkəzindən, Kayseri-Malatya yolu üzərindəki Çayboyu məhəlləsindən Gökpınar Gölünə doğru getmək mümkündür. Gökpınar Gölü, həmçinin şəxsi avtomobil, mikroavtobus və ya taksi ilə də asanlıqla ziyarət edilə bilər. Əlavə olaraq, Sütatı ərazisindən piyada gedərək bu gözəl gölə çatmaq mümkündür, lakin bu, həm uzaq məsafə, həm də yolu yaxşı tanımağı tələb edir.

Gökpınar Gölü, hər kəsin təbiətlə baş-başa qalmaq və sadəcə gözəlliyinə qapılmaq üçün mükəmməl bir məkandır. Bu gözəl gölü ziyarət edən hər kəs, sanki təbiətin sükunətində itir, ruhunu dincəldir.





Xəbər 4822 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +