“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


03.07.2021  12:26 

Azərbaycanın kibertəhlükəsizlik indeksinə görə reytinqdə yeri açıqlandı





A+  A-

Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (Global Cybersecurity Index (GCI) hesabatı dərc edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan reytinqdə mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb.

Ölkəmiz ümumilikdə 89.31 xal toplayıb.

Ölkələrin “GCI” indeksinin müəyyən edilməsi məqsədilə müvafiq məlumatların toplanması 2014-cü ildən həyata keçirilir.

“GCI” indeksi dövlətlərin kibertəhlükəsizlik səviyyəsini beş əsas sahə üzrə qiymətləndirməklə ranqlaşdırma məqsədi daşıyır:

- Hüquqi tədbirlər (qanunvericilik, tənzimləmə və nəzarət);

- Texniki tədbirlər (CERT, standartlar, sertifikatlaşdırma);

- Təşkilati tədbirlər (siyasət, strategiya, cavabdeh təşkilat, milli qiymətləndirmə);

- Kadr potensialının gücləndirilməsi tədbirləri (standartların işlənməsi, insan resurslarının inkişafı, peşəkarların və təşkilatların sertifikatlaşdırılması);

- Əməkdaşlıq (idarələrarası, idarədaxili, dövlət-özəl sektor, beynəlxalq).

“GCI” indeksi qeyd olunan beş istiqaməti xarakterizə edən 20 indikatoru bir indeksdə birləşdirir.

“Qlobal kibertəhlükəsizlik indeksi 2020” hesabatında Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdədir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqına üzv olan 194 ölkə arasında İsveçrə (42), Tunis (45), İrlandiya (46), İran (54), Gürcüstan (55), İslandiya (58), Rumıniya (62), Sloveniya (67), Çexiya (68) və Ukrayna (78) kimi ölkələri qabaqlayıb. Reytinqdə ilk yerləri isə müvafiq olaraq, ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Estoniya, Koreya Respublikası, Sinqapur və İspaniya bölüşür.



Xəbər 3656 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +