“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


25.01.2021  20:14 

Ərzaq mağazasında yararsız məhsullar aşkarlandı





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şamaxı rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Mahmudov Nurlan Babaqulu oğluna məxsus “Ocaq” marketdə yoxlama keçiriblər.
AQTA-dan XəzərNews.az-a verilən məlumata görə, yoxlama zamanı ərzaq mağazasında satışda istifadə müddəti bitmiş 9,4 kq "Ranço" nişanlı Holland pendiri, 3 kq "Zolotava" nişanlı bitki spred yağı və 1 kq "İsmayıllı" nişanlı kərə yağı aşkarlanıb. Araşdırma zamanı müəssisənin girişində dezbaryerin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı, istifadə müddəti bitmiş məhsulların digər məhsullarla eyni soyuducuda saxlanıldığı, satışda olan bir sıra ərzaq məhsullarının (kartof, yağ və s.) saxlama qaydalarına zidd olaraq birbaşa döşəmənin üzərinə yığılaraq saxlanıldığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. Mağazada istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib.

Xəbər 3382 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +