“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


10.11.2020  10:28 

BNA vətəndaşlara müraciət etdi





A+  A-

"Əziz və dəyərli vətəndaşlarımız! Prezident, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsini hər birimiz hədsiz sevinc və qürur hissi ilə qarşılayırıq".
XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) vətəndaşlara müraciətində bildirilir.

"Torpaqlarımızın ərazi bütövlüyünü təmin edərək xalqımıza qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandanımıza və şanlı Ordumuza böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk.

Eyni zamanda tarixi qələbə günündə milli birliyimizi nümayiş etdirmək üçün paytaxt küçələrinə çıxan dəyərli vətəndaşlarımızı, xüsusən də fərdi avtomobil sürücülərini bir qədər diqqətli olmağa dəvət edirik.

Xahiş edirik ki, qələbə yürüşü zamanı ictimai nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər şərait yaratsınlar. Avtomobilləri avtobusların hərəkət trayektoriyasında və avtobus dayanacaq məntəqələri ərazisində saxlamaqdan çəkinsinlər.

Hər zaman olduğu kimi bu əlamətdar tarixi zəfər günündə də əziz vətəndaşlarımızın qaydalara anlayışla yanaşacağına əminik.

Unutmayaq ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu hazırki vaxtda bu qaydalara əməl etmək olduqca vacibdir.

Bir daha əziz xalqımızı şanlı qələbə münasibətilə təbrik edirik!", - deyə müraciətdə qeyd olunub.

Xəbər 4021 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +