“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


29.05.2018  16:08 

Bu gün “Maşın şou” başlayır - ADLAR





A+  A-

Azərbaycan teleməkanının ən populyar şoularından olan “Maşın” realiti-şousu efirə qayıdır.
XəzərNews.az xəbər verir ki, xalq artisti, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti-şousunun növbəti buraxılışı bu gündən etibarən yenə də ATV-də ekranlara çıxacaq.

“Xanımlar və cənablar 2” adlanan şou “Maşın”ın 16-cı buraxılışı olacaq. Həmişə olduğu kimi bu dəfə də “Maşın”da 18 tanınmış sima mübarizə aparacaq.

Şounun iştirakçıları ilə bağlı müəyyən fikirlər mövcuddur. Qeyd edilir ki, iştirakçılar arasında meyxanaçı Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə, müğənni Damla, Şəbnəm Tovuzlu, "Eurovision 2012” təmsilçimiz Dilarə Kazımova, aparıcılar Firuzə Cəlilova, Mətanət Əliverdiyeva, Aytən Səfərova, müğənni və aktrisa Ruhəngiz Musəvi, "Qurd" ləqəbi ilə tanınan Fərid Eminov, Murad Arif, müğənni Vasif Əzimovun adları var.

Şou hər axşam saat 22:15-də yayımlanacaq.

Xatırladaq ki, “Maşın” realiti şousu 2005-ci ildən efirdədir. Sonuncu şou ötən ilin oktyabrında keçirilib və müğənni Talıb Tale “Nissan Altima” avtomobilinə sahib olub.

Xəbər 3687 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +