“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


17.11.2025  15:22 

“Zeytun Pharmaceuticals“in işçisi cəzalandırıldı





A+  A-

Böyük apteklər şəbəkəsinə malik "Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsi saxlanılıb.

XəzərNews.az xəbər verir ki, 1989-cu ildə Oğuz rayonunda anadan olmuş Daşqın Əliyev (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilərək məhkəməyə çıxarılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs "Zeytun Pharmaceuticals" MMC-də iadə üzrə mütəxəssis kimi işləyərkən 74 ədəd "Ozemnpik” preparatını oğurlayıb.

Daşqın Əliyev ifadəsində bildirib ki, aylıq 744 manat əmək haqqı alıb və bu məvacib az olduğundan dolana bilməyib, borca düşüb. 2024-cü ilin mart ayından may ayınadək hər gün iki ədəd preparatı corabına qoyaraq müəssisədən çıxarıb və ümumilikdə 74 ədəd Ozemnpik preparatını oğurlayıb. O, dərmanları tanıdığı Murad adlı şəxsə 80–130 manat arasında dəyişən qiymətlərlə satıb və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.

Aparılan hesablamalar zamanı 74 ədəd preparatın əskik olduğunu müəyyən edilib və beləliklə, müəssisəyə ümumilikdə 15 068 manat maddi ziyan vurulduğu üzə çıxıb.

Aparılan araşdırma zamanı Daşqın Əliyevin yaxın tanışı Ehtiramdan 6 000 manat pul alaraq, onu Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə işə düzəldəcəyinə söz verdiyi, lakin pulu öz şəxsi ehtiyaclarına xərclədiyi müəyyən edilib.

Məhkəmənin hökmü ilə Daşqın Əliyev 3 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində Oğuz rayonu ərazisini tərk etməməli və elektron qolbaq taxmalıdır.

Xəbər 1389 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +