Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı


15.11.2023  01:35 

Samvel Şahramanyan Ermənistanın baş prokuroruna məktub yazıb





A+  A-

Hazırda Ermənistanda olan keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan Ermənistanın baş prokuroru Anna Vardapetyana məktub yazıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Aysor” saytı yazıb.

Sözügedən məktubun prokurorluq tərəfindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərildiyi bildirilir.

Şahramanyan məktubda qondarma rejimin bəzi “rəsmilərinin” törətdiyi əməllərin cinayət hesabatı kimi qəbul olunmasını xahiş edib.

O bildirib ki, “artsaxın hakimiyyət orqanları” “məmurlar” tərəfindən törədilən mümkün sui-istifadə hallarının aşkar edilməsində və təqsirkarların məsuliyyətə cəlb olunmasında maraqlıdır.

Qeyd edək ki, İrəvanda 44 günlük müharibəni araşdıran istintaq komissiyası S.Şahramanyanın Vətən müharibəsi və antiterror əməliyyatları ilə bağlı dindirilməsi üçün ona dəvət məktubu göndərib. Şahramanyanın komissiyaya ifadə verməyə gedib-getməyəcəyi məlum deyil. Onun bu dəvətdən sonra baş prokurora müraciət məktubu ünvanlaması diqqət çəkib./Yenisabah


Xəbər 1420 dəfə oxunub.




02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +