Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı


24.06.2022  15:07 

“Paşinyan üçün daxili təzyiqlər neytrallaşıb”





A+  A-

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri xüsusilə Ermənistan Azərbaycan arasında proseslərdə Rusiyanın aktiv rolunu artırmaqdan ibarətdir. Demək olar ki, bu səfərin Azərbaycan üçün strateji əhəmiyyəti yoxdur. Cənubi Qafqaz regionda sülh və təhlükəsizliyin təmin edilməməsi istiqamətində Moskvanın imperiya ambisiyalarını möhkəmləndirməyə hesablanıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazadə bildirib ki, umumiyyətlə Rusiyanın Azərbaycana ciddi təzyiq etmək üçün rıçaqları əlindən çıxıb və Bakı kifayət qədər regionda müstəqil siyasət həyata keçirir:

“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasında prosesi sentyabr ayından start götürməsi gözlənilir. Rusiya sərhəd komissiyanın növbəti dəfə başlayan prosesi tormozlaya bilməyəcək.

Hazırda Ermənistan tərəfinin Laçın istiqamətində dövlət sərhəddində atəşkəsi mütəmadi pozması əsasən strateji yüksəkliklərdə mövqe ələ keçirməyə hesablanıb. Bu da mənasız gedişdir və Ermənistan tərəfi ikitərəfli komissiyanın işini ləngidə bilməyəcək.

Ermənistan müxalifətinin etiraz aksiyalarına gəldikdə, xalqın geniş kütləsinin dəstəyini ala bilməyərək bu prosesdə nəticəsiz oldu. Demək olar ki, N. Paşinyan üçün daxili təzyiqlər neytrallaşıb. Müxalifət parlamentdən getmək xətti götürməsi mümkündür. Müxalifətin əlində bir rıçaq qalıb.

Ümumiyyətlə Ermənistanda məhz Qarabağa görə xalqın etirazı gözlənilmir. Xalq ikinci Qarabağ müharibəsində acı məğlubiyyətə görə yenidən müharibənin başlanmasında maraqlı deyil”.

Xəbər 1585 dəfə oxunub.




02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +