“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib


29.11.2023  13:18 

Siqaret qaçaqmalçılarına qarşı cinayət işi başlanıb





A+  A-

Tütün məmulatlarının qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə cinayət işi başlanıb.

Xəzərnews.az xəbər verir ki, əməliyyat-istintaq tədbirləri ilə qabaqcadan əlbir olan Salyan rayon sakini Fəxrəddin Ağamalıyev və Biləsuvar rayon sakini Ülvi Əmirlinin ümumilikdə 39 adda və 61 mindən çox qutudan ibarət tütün məmulatlarını aksiz markası ilə markalanmadan qanunsuz yolla əldə edib satış məqsədilə yaşayış ünvanlarında saxlamalarına əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərin yaşayış ünvanlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən tütün məmulatları aşkar edilərək götürülmüşdür.

İlkin sübutlar əsasında Fəxrəddin Ağamalıyev və Ülvi Əmirli Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satış məqsədilə saxlama) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Qeyd olunan qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1029 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +