“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib


29.03.2024  00:00 

Ramazan ayının ilk Qədr gecəsidir





A+  A-

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir.

Xəzərnews.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gecə ilk Qədr gecəsi başlayır.

Martın 30-u və aprelin 1-də də Qədr gecələri olacaq. Sonuncu Qədr gecəsi isə aprelin 5-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-11-i Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.//Bakıvaxtı

Xəbər 1474 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +