Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


28.03.2025  14:30 

Nikol Paşinyan Azərbaycanı Qarabağ hərəkatının bərpası ilə hədələdi





A+  A-

“İran xarici işlər naziri Seyid Abbas Əraqçının Ermənistana səfərindən sonra Nikol Paşinyan Azərbaycanı Qarabağ hərəkatının bərpası ilə hədələdi. Qarabağ hərəkatı N.Paşinyan üçün “Hacı yatmaz” oyuncağına çevrildi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, bu mövzuda N.Paşinyan İranın ssenarisini reallaşdırır:

“Bu gün Ermənistanın idarəçiliyi müstəqil və ya təkbaşına Paşinyan komandasının deyil, İranla birlikdə idarəçiliyik kimi görünür. Belə idarəçiliyi aradan qaldırmaq indiki dövrdə region üçün çox vacibdir. Buna region dövlətlərində müəyyən qədər şübhələr var. Ermənistanın siyasəti çox şaxəli, təhlükəli və ya anlaşılmaz istiqamətdə davam edir. Qərb, Rusiya və Türkiyə ilə bir neçə variantda oyun oynayır. Əraqçının İrəvana səfəri ərəfəsində həm Türkiyənin xarici işlər naziri ilə danışması, həm də Rusiya xarici işlər nazirinin A.Mirzoyanla telefon danışığı ehtimal ki, təsadüfi deyil”.

Politoloq bildirib ki, N.Paşinyan sırf anti-Azərbaycan əhval-ruhiyyəli ermənidir:

“Sadəcə digərlərindən fərqli olaraq anti-Azərbaycançılığını müəyyən qədər gizlədə bilir. Bəlkə də başında olan psixoloji pozğunluq buna müəyyən qədər şərait yaradır”.

M.Əhmədoğlu hesab edir ki, İran Qarabağın Azərbaycanın tərkibində olmasını tam qəbul etmir, müvəqqəti hal hesab edir:

“İranın bir neçə eksperti bu barədə fikir bildirib. Bu fikri ilk gündəliyə gətirən İranın Ermənistandakı keçmiş səfiri Seyid Saqiyan olub. İki dəfə “Səhər-Azəri”nin efirində çıxış edərkən o Qarabağın Azərbaycana qayıtmasının bitmədiyini bildirib. S.Saqiyan indi də İran XİN-də işləyir. Ekspert E.Müvəhidiyan isə hətta Qarabağ ermənilərini qaytarmaqdan ötrü Ermənistanı hərbi addımlara təhrik etdi və İranın bu mövzuda Ermənistana dəstək verəcəyini də gündəliyə gətirdi”.


Xəbər 1010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +