“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


15.03.2025  12:57 

“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi





A+  A-

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ("DOST") PHŞ-nin elan etdiyi tender yekunlaşıb.

XəzərNews.az Valyuta.Az-a istinadən xəbər verir ki, Agentliyin elan etdiyi tenderin qalibi "B2B Group” MMC (VÖEN: 1005873041) olub və tərəflər arasında 3.374.723,3 AZN dəyərində müqavilə imzalanıb.

Məlumata əsasən, Agentlik MMC-dən, hökumət buludu layihəsi çərçivəsində müxtəlif növ texnoloji avadanlıqlar və lisenziyalar satın alacaq.

Bu tərəflər arasında imzalanan ilk milyonluq müqavilə deyil. Dövlət satın almaların vahid internet portalından əldə etdiyimiz məlumatlara əsasən tərəflər arasında daha öncə də dəfələrlə dəyəri milyon manatdan çox olan müxtəlif müqavilələr imzalanıb.

Həmin müqavilələri təqdim edirik:

- 18 dekabr 2020-ci ildə DOST mərkəzlərində 7 istiqamət üzrə monitorinq sisteminin və monitorinq qruplarının yaradılması ilə əlaqədar lazımı texniki avadanlıqların satın alınması ilə bağlı 1.415.247,16 AZN,

- 20 sentyabr 2023-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən lisenziyaların satın alınması ilə bağlı 4.440.163,62 AZN,

- 19 fevral 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınması ilə bağlı 5.389.546,16 AZN,

- 13 avqust 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Naxçıvan DOST Mərkəzi üçün texnoloji avadanlıqların satın alınması ilə bağlı 1.769.829,25 AZN,

- 24 oktyabr 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən proqram təminatı və zəmanətlərin satınalınması ilə bağlı 1.876.388,8 AZN və yuxarıda bəhs etdiyimiz 3.3 milyonluq müqavilə.

Bundan əlavə mediada şirkətin daha bir neçə böyük məbləğli tenderlərin qalibi olması barədə məlumat gedib.

Məlumata görə MMC təkcə 2023-cü ildə dövlət qurumları tərəfindən keçirilən 15 böyük məbləğli tenderin qalibi olub. 2023-cü ilin yalnız may ayında şirkət ümumi maliyyə dəyəri 56.811.186 manat olan 7 tenderin qalibi olub.

Bunlardan savayı MMC, Agentliyin yarım milyon manatdan çox bir neçə tenderinin də qalibi olub. Tərəflər arasında indiyə qədər 20 satın alma müqaviləsi imzalanıb.

Toplamda isə yaradıldığı gündən bəri MMC, 182 tenderin qalibi olub.

"B2B Group” MMC, "DOST"dan başqa bir neçə dəfə də digər qurumlar tərəfindən elan edilən və dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi olub.

Şirkət müxtəlif vaxtlarda:

Dövlət Sosial Müdafiə Fondunun 1.151.945,97 AZN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1.348.576,81 AZN, 1.712.028,96 AZN, 1.730.674,58 AZN və 1.186.976,99 AZN, "Azərbaycan Dəmir Yolları" QSC-nin 1.127.075,11 AZN, Dövlət Gömrük Komitəsinin 12.037.630,71 AZN, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1.253.806,88 AZN, Müdafiə Nazirliyinin 1.898.940,96 AZN dəyərində tenderlərinin qalibi olub.

Qeyd edək ki, MMC, 19 aprel 2019-cu ildə dövlət qeydiyyatına alınıb. 10 AZN nizamnamə kapitalına malik şirkətin qanu təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən "Caspel” şirkətində çalışıb.

Xəbər 91 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +