Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir. M.Əhmədoğlu bu günkü təqdimatında İranla ABŞ arasında nüvə danışıqları, Azərbaycanın regionda artan nüfuzu və Rusiyanın baş verənlərə yanaşmasından bəhs edib.

M.Əhmədoğlunun verilişdə səsləndirdiyi fikirlərin qısa tezislərini təqdim edirik:

- Əslində ABŞ tərəfindən baxdıqda İranın raket, PUA silahı və proksiləri, yəni müvəkkil qüvvələri də ABŞ-la İran arasında müzakirə obyektidir. Yalnız İranın dolayısı danışıq iddiası qəbul edildi. Digər mövzularda İranın mövqeləri qəbul edilmədi. Əksinə, qeyri-dolayısı danışıq sonradan İranın ziyanına çevriləcək. İndi Maskat ABŞ və İran arasında danışıqlarda İran və ya ABŞ-ın mövqeyini dəyişə bilməz. Ən azı özünün ənənələri var.
Danışıqların yaxın dövr ərzində İtaliya və Niderlandda keçiriləcəyi də artıq anons olunub. Hər iki dövlətə müraciətlər göndərilib. İran danışıqları birbaşa danışıqlara çevirsə, öz ərazisində və yaxud ABŞ ərazisində keçirilsə İranın daha çox faydasınadır. Çünki Avropa dövlətlərindən istənilən biri ABŞ-ın heç bir sözündən imtina etmək imkanına malik deyil.

Gələcəkdə D.Tramp nüvə danışıqlarının hansısa etapından və ya bütövlükdə danışıqlardan imtina etməkdən ötrü Avropa dövlətləri onun istənilən göstərişini yerinə yetirə biləcək.

Beləliklə, formal günahkar Avropa dövlətlərindən biri olacaq. Vacib odur ki, danışıqların sonu İranın yox, məhz D.Trampın dediyi kimi olacaq. İranın rəhbərliyində indi də bir-birini aldatmaq, xüsusilə ali rəhbərə yalan danışmaq çox böyük ənənəyə çevrilib. Bu ənənə İranın ümumi düzgün siyasət aparmasına maneçilik edir. Ona görə ali rəhbər ruhlanır ki, İranın iddiası reallaşıb. Ali rəhbər üçün daha çox İranın daxili vacibdir. İnvestisiya gəlməlidir, danışıqlar gedən dövrdə investisiya gəlməyəcək. İranın ortalığa qoyduğu tələb danışıqlar prosesinin uzanmasına səbəb olur.

Rusiya böyük ehtimalla İranın nüvə, raket tərk-silahı mövzusunda ABŞ-ın əsas müttəfiqi olacaq. Vacib məsələlər Rusiyaya tapşırılacaq. Bayden hökumətinin dövründə də belə idi.

İran Azərbaycan Respublikasına qarşı düşmənçiliyini dəyişsəydi, İranın nüvə proqramında bu daha çox onun xeyrinə ola bilərdi. Azərbaycan ali rəhbərin səfər edə biləcəyi yeganə ölkədir. O, burada B.Obama, C.Bayden və D.Trampla görüşə bilərdi. Ali rəhbərin İranın daxilində olmasa da, xaricində sözünün gücü var. Azərbaycanla düzgün yola getməlidir.

Bir qrup azərbaycanlını İran əlində HƏMAS-a çevirmək üzrədir. İranın Fələstin mövzusu maraqlandırmır. Maraqlandırsaydı, heç olmasa bir dəfə Fələstinin İrandakı səfirini qəbul edərdilər.

İrana İsraillə bağlı problemlər, İsrail istiqamətində müharibə lazımdır. Ona görə də bu işi görürlər. Bir qrup azərbaycanlı da İranın sözü ilə o işə getməməlidir.






Xəbər 918 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +