Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub


16.03.2025  21:32 

Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb





A+  A-

Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb.

XəzərNews.az xəbər verir ki, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilib ki, Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Tural Əlövsət oğlu Sadıqlıya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

10.06.1984-cü il təvəllüdlü Tural Əlövsət oğlu Sadıqlı Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.

Tural Sadıqlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Tural Sadıqlı nədə ittiham olunur?

Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirləndirilir.

Tural Sadıqlının 2016-cı ildə Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşını "oturum izni" ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirməsinə və vətəndaşlıq almaq məqsədilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə məhkəmələr tərəfindən inzibati həbs olunmaları, barələrində cinayət işi başlanmaqla hüquq-mühafizə orqanlarına çağırılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan, yalan məlumatlar daxil edilib, dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq, rəqəmsal qurğu vasitəsilə surəti çıxarılmaqla elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlamasına, bundan başqa, 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib

Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 27.03.2019-cu il tarixli qərarla Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1 və 12.1, 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Barəsində axtarış elan edilib

Bundan başqa, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib.

01 aprel 2024-cü il tarixdə hər iki cinayət işi vahid icraatda birləşdirilməklə iş üzrə toplanmış sübutların məcmusuna əsasən, 01 aprel 2024-cü il tarixdə Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1,34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

Cinayət-Prosessual Məcəllənin 54-cü və 467-13.4-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Tural Sadıqlıya xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Xəbər 127 dəfə oxunub.




16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +