Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb


26.02.2021  09:48 

Avropa Liqasında 1/8 finalçılar bəlli oldu





A+  A-

Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.
XəzərNews.az xəbər verir ki, qarşılaşmalardan biri ötən gün keçirildiyindən, bu gün 1/8 finala qalan son 15 vəsiqənin sahibi müəyyənləşib.

İlk gündə “Tottenhem” İngiltərədə Avstriyanın “Volfsberger” komandasını 4:0 hesabı ilə məğlub etmişdi. İlk oyunda da 4:1 qalib gəlmiş London klubu ilk 1/8 finalçı olmuşdu.

“Qarabağ”ın yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş “Vilyarreal” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi “Zalsburq”la bu dəfə doğma meydanda üz-üzə gəlib və yenə qalib gələrək növbəti mərhələyə yüksəlib. “Makkabi” (Təl-Əviv) isə Ukraynada “Şaxtyor”la münasibətlərinə aydınlıq gətirib. Donetsk klubu bu oyundan da qalib ayrılıb və sürprizə imkan verməyib.

İlk qarşılaşmada heç-heçəyə razılaşan London “Arsenal”ı ilə “Benfika” pandemiya səbəbindən cavab matçını Yunanıstanda keçirib. İngiltərə təmsilçisi çətin qələbə sayəsində 1/8 finala yüksəlib. “Milan” evdə “Srvena Zvezda”yla, “Mançester Yunayted” isə “Real Sosyedad”la qarşılaşıb. İtaliya və İngiltərə nəhəngləri növbəti mərhələyə vəsiqə qazanan tərəf olub.

Avropa Liqası
1/16 finalın cavab oyunları
25 fevral

“Ayaks” (Niderland) – “Lill” (Fransa) 2:1 (ilk oyun – 2:1)
Qol: Klaassen, 15. Neres, 88 – Y.Yazıçı, 78-pen.

“Şaxtyor (Donetsk, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:0 (2:0)
Qol: Moraes, 67-pen.

“Napoli” (İtaliya) – “Qranada” (İspaniya) 2:1 (0:2)
Qol: Zelinski, 3. F.Ruis, 59 – Montoro, 25.

“Hoffenhaym” (Almaniya) – “Molde” (Norveç) 0:2 (3:3)
Qol: Andersen, 20; 90+5.

“Vilyarreal” (İspaniya) – “Zalsburq” (Avstriya) 2:1 (2:0)
Qol: Moreno, 40; 89-pen – Berişa, 17.

“Reyncers” (Şotlandiya) – “Antverpen” (Beçlika) 5:2 (4:3)
Qol: Morelos, 9. Patterson, 46. Kent, 55. Barişiç, 79-pen. İtten, 90+2-pen – Refaelov, 32. Lamkel, 57.

“Arsenal” (İngiltərə) – “Benfika” (Portuqaliya) 3:2 (1:1)
Qol: Obameyanq, 21; 87. Tirni, 67 – Qonçalves, 43. R.Silva, 61.

“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna) 0:1 (1:1)
Qol: Buyalski, 83.

PSV (Niderland) – “Olimpiakos (Yunanıstan) 2:1 (2:4)
Qol: Zahavi, 23; 44 – Koka, 88.

“Bayer” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) 0:2 (3:4)
Qol: Siboçu, 48. Fassnaxt, 86.

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Krasnodar” (Rusiya) 1:0 (3:2)
Qol: Orsiç, 35.

“Roma” (İtaliya) – “Braqa” (Portuqaliya) 3:1 (2:0)
Qol: Dzeko, 24. L.Peres, 75. Mayoral, 90+1 – Kristante, 88-öz qapısına.

“Lester Siti” (İngiltərə) – “Slaviya” (Çexiya) 0:2 (0:0).
Qol: Provod, 49. Sima, 79.

“Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) 1:1 (2:2)
Qol: Kessye, 9-pen – Ben, 24.

“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) 0:0 (4:0)

Xəbər 1680 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +