Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


16.04.2025  11:15 

Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb





A+  A-

Bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində Bakıda 55 ağac sınıb, 15-dən çoxunun budaqları qırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Musavat.com-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edilib ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Birlikdən bildirilib ki, hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib", - məlumatda qeyd olunub.

Xəbər 1187 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +