Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb


16.10.2018  12:34 

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır - Adı nə olacaq?





A+  A-

"Azərbaycanda ixtisaslaşmış (xəbər) yeni televiziya kanalının yerüstü yayımı üçün 2,4 kilovat gücündə radioverici alınıb”.
XəzərNews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov deyib.

MTRŞ rəsmisi qeyd edib ki, xəbər kanalı oktyabrın sonunda yayıma başlamalıdır: "Əslində, kanal yayım üçün tam hazırdır. Artıq Bakıdan veriliş gedir. Siqnal olduqdan sonra yerüstü yayıma keçmək çətin deyil. Yayımın Full HD formatında olması nəzərdə tutulub”.

İ.Məmmədov bildirib ki, telekanal ya "ARB Xəbər”, ya da "ARB 24” adı altında fəaliyyət göstərəcək: "Gedib işlərlə tanış olmuşam. Əslində, hər şey tam hazırdır və bu gün də yerüstü yayıma çıxa bilərlər. Yəqin ki, hələ özləri sınaq edirlər”.

O, həmçinin xatırladıb ki, "Türkel TV” MMC yeni ixtisaslamış televeziya kanalının yayımına hazırlıq məqsədi ilə Tovuz rayonundan Bakıya köçən müddətdə peykdə yayım müvəqqəti dayandırılmışdı, lakin indi yayım bərpa olunub.

Qeyd edək ki, MTRŞ "Türkel TV” MMC-ni (ARB 24) ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verib.

Xəbər 1618 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +